Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Rzayev Rizvan İlyas oğlu

Tahirov Tələbani Məhəmməd oğlu

“Əməkdar həkim”

Şükürov Adil Əvəz oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin