Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI XOCALI SOYQIRIMININ 18-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI MÜXTƏLİF TƏDBİRLƏR KEÇİRƏCƏKLƏR

Bakı, 19 fevral (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 18-ci ildönümünü qeyd etməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənmişdir.

Xocalı faciəsi qurbanlarının xatirəsini anmaq məqsədi ilə bu il də xarici ölkələrdə aksiyalar, konfranslar, “dəyirmi masa”lar, sərgilər təşkil etmək nəzərdə tutulmuşdur.

FRANSA. Fransada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

Fevralın 21-də Strasburq Azərbaycan Evinin Xocalı faciəsinə həsr edilmiş xüsusi radio proqramı yayımlanacaqdır. Strasburqdakı yerli (RBS FM 91.9) radiosunda efirə çıxacaq proqramı http://www.radiorbs.com internet ünvanından da canlı dinləmək mümkün olacaqdır. Fevralın 25-də isə Strasburq Azərbaycan Evi Strasburq universitetinin Yazılı, Sinxron Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu (İTİRİ) “Azərbaycan Respublikasının diaspora siyasəti və icrası” mövzusunda konfrans təşkil edəcəkdir. Tədbir Strasburq Universitetinin türkoloji departamenti və İTİRİ ilə birgə keçiriləcəkdir.

Bundan əlavə, Strasburqdakı soydaşlarımız iki gün ərzində - fevralın 24 və 25-də “MAİL” aksiyası təşkil edəcəklər. Azərbaycan Evinin fransız təşkilatları ilə əməkdaşlığı nəticəsində Xocalı faciəsi barədə fransız, ingilis və türk dillərində 6 mindən çox informasiya xarakterli “mail”lərin göndərilməsi planlaşdırılmışdır. Bunlar əsasən Avropa Şurası, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlara, o cümlədən Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail, Avstraliya kimi ölkələrin senat və dövlət qurumlarına, eləcə də dünya mətbuatına ünvanlanacaqdır.

Fevralın 26-da, həmçinin Strasburq Azərbaycan Evi “Azərbaycan diasporu və Fransa-Azərbaycan əlaqələri” mövzusunda konfrans keçirəcəkdir. Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi “Kleber” meydanında nümayiş təşkil olunacaqdır.

Aksiyada Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası iştirak edəcəklər. Strasburqda və ətraf şəhərlərdə fəaliyyət göstərən türk, fransız və digər təşkilatların nümayəndələrinin də nümayişə qatılacağı gözlənilir. Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) isə Fransanın bir neçə şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar mitinq və digər etiraz aksiyalarının keçirilməsini nəzərdə tutmuşdur.

Parisin mərkəzində isə Fransa Azərbaycanlıları Birliyi və Fransa-Azərbaycan Gənclik Assosiasiyası Tuluza Azərbaycan Tələbələr Assosiasiyasının iştirakı və “İrəli” İctimai Birliyinin dəstəyi ilə etiraz yürüşü keçiriləcəkdir. Aksiya yerli hakimiyyət orqanları ilə razılaşdırılmışdır. Tədbirə Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO-dakı daimi nümayəndəliyimiz də dəstək verəcəklər.

Yürüş “Medicis” küçəsindən (RER Luxembourg-“Saint Michel” metro stansiyası) başlayaraq, “Paule Claudel” meydanından Senatın qarşısından keçən “Vaugirard” küçəsi boyunca davam edəcəkdir.

Təşkilatçılar təkcə Fransada deyil, bütün Avropadakı soydaşlarımızı bu izdihamlı aksiyada iştiraka dəvət edirlər.

X X X

BÖYÜK BRİTANİYA. Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fevralın 24-də “Xocalıya ədalət” kampaniyası çərçivəsində şəhər sakinləri arasında imzatoplama kampaniyası keçirəcəkdir. Fevralın 26-da isə soydaşlarımız Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin parlamentdə lordların iştirakı ilə keçirəcəyi toplantıya qatılacaqlar. Tədbirdə amerikalı yazıçı-jurnalist, son 20 ildə Qafqazdakı münaqişələrlə bağlı araşdırmalar aparan və “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Gols da çıxış edəcəkdir. Bundan əlavə, Azərbaycan diaspor nümayəndələri fevralın 26-da Böyük Britaniya parlamentinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.

X X X

HOLLANDİYA. Hollandiyada “Xocalıya ədalət” kampaniyası çərçivəsində yaradılmış işçi qrupa daxil olan Benilüks Azərbaycanlıları Konqresi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və digər bir neçə təşkilat Amsterdam Açıq Universitetində Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə konfrans keçirəcəklər.

Tədbirdə azərbaycanlı və türk tələbələr, eləcə də universitetin müəllim kollektivi və yerli tələbələr iştirak edəcəklər. Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi isə Haaqada Xocalı qurbanlarının xatirəsini anacaqdır. Brüsseldə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə soyqırımın 18-ci ildönümü ilə əlaqədar yürüş keçirəcəkdir. Yürüş Ermənistanın Belçikadakı səfirliyinin binası qarşısında etiraz aksiyası ilə davam edəcəkdir.

Daha bir etiraz aksiyası İsveçin Stokholm şəhərindəki "SERGELS TORG" meydanında təşkil olunacaqdır. Bu ölkədəki “Qarabağ İş Komitəsi”ndə birləşən Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Azərbaycan- İsveç Federasiyası (AFİ) isə ölkənin bütün şəhərlərində fəaliyyət göstərən Azərbaycan dərnək və cəmiyyətləri vasitəsilə Xocalı soyqırımı haqqında on minlərlə bülleteni İsveçin bütün ərazisində yayacaqdır. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi isə fevralın 20-də Cenevrə şəhərində Ermənistan səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə yerli ictimaiyyətin diqqətini Xocalı qətliamına yönəldəcəkdir. Şəhər əhalisinə Xocalı soyqırımı haqqında bülletenlər və bu ölkədə kədər rəmzi sayılan sarı güllər paylanacaqdır.

X X X

DANİMARKA: Danimarkadakı “Vətən” Cəmiyyəti Hillerod şəhərində televiziya, radio və qəzet əməkdaşlarının iştirakı ilə Xocalı faciəsinin ildönümünü qeyd edəcəkdir.

X X X

ÇEXİYA. Xocalı soyqırımının 18-ci ildönümünü Praqada fəaliyyət göstərən Azəri-Çex Cəmiyyəti Lidiçe şəhəri Xatirə Komleksi və Azərbaycanın Çexiyadakı səfirliyi ilə birlikdə qeyd edəcəkdir. Tədbir Lidiçe Xatirə Kompleksindəki əbədi məşəlin önünə əklil qoyulması ilə başlanacaq, sonra Lidiçe Muzeyinə ekskursiya təşkil ediləcəkdir. “IN MEMORIAM” sərgi salonunda “Xocalı faciəsi” fotosərgisinin açılışından sonra isə Lidiçe Qalereyasının konfrans zalında seminar keçiriləcək və soyqırımdan bəhs edən sənədli film nümayiş olunacaqdır.

Xatırladaq ki, Çexiyanın Lidiçenin küçələrindən birinə “Xocalı” adı verilməsi barədə şəhərin ali rəhbər orqanları qərar qəbul etmişlər. Qərarda həmçinin, Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması da nəzərdə tutulmuşdur. Bu təşəbbüsü ilk dəfə 2007-ci ildə Azər-Çex Cəmiyyəti irəli sürmüş və bu müddətdə Lidiçe şəhər rəhbərliyi ilə davamlı əməkdaşlıq edilmişdir.

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Avropanın digər şəhərlərində anım mərasimləri keçiriləcəkdir. İslandiyanın Akureyri şəhərindəki “Azəri” Cəmiyyəti, Milanda fəaliyyət gösrətən İtaliya Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti və “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının da Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçirəcəkləri anım tədbirlərində soyqırımla bağlı film nümayiş etdirəcək, fotoşəkillər sərgiləyəcəklər.

Faciənin 18-cı ildönümü günü Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın Moldovadakı səfirliyi ilə birlikdə Kişinyov şəhərində soyqırım qurbanlarını anım məqsədi ilə mərasim təşkil edəcəkdir.

Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Xocalı faciəsinin ildönümü münasibətilə tədbirlər planı hazırlamışlar. Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Latviyada “Ocaq” Mədəniyyət Mərkəzi, “Litva Azərbaycanlıları Cəmiyyəti” də fevralın 26-da anım tədbirləri keçirəcəklər. Tədbirlərdə faciəni əks etdirən fotolardan ibarət sərginin təşkili və filmin nümayişi də nəzərdə tutulmuşdur.

Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya - Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan - Polşa Mədəniyyət Assosiasiyası ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər.

Xocalı faciəsinin 18-cı ildönümünü Kanadanın Ottava şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə qeyd edəcəkdir.

X X X

AMERKA BİRLƏŞMİŞ ŞTATLARI: ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaqdır.

Amerika-Azərbaycan Şurasının, Azərbaycan Nyu-York Assosiasiyasının, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək anma tədbirlərində Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

X X X

TÜRKİYƏ: Türkiyədəki Azərbaycan Dərnəkləri də soyqırımın 18-ci ildönümünə həsr olunmuş anma tədbirləri keçirməyi nəzərdə tutmuşlar.

Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anma mərasimi, İzmirdə təshil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcəklər. Türkiyədəki anma tədbirləri sırasına İzmitdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir. Azərbaycanlı Gənclərin Birlik Təşkilatı isə İstanbulda Xocalı faciəsi qurbanlarını anma mərasimi təşkil edəcəkdir.

Şimali Kiprin Doğu Akdeniz Universitetində fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi tədbirdə universitetin tələbə və müəllim kollektivi iştirak edəcəkdir.

X X X

BƏƏ. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı BƏƏ Şeyxinin Aparatına, ölkə parlamentinə və İnsan Hüquqları İnstitutuna məlumat xarakterli müraciətlər göndərəcəkdir.

X X X

Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi, Tailanddakı Azərbaycan Mədəniyyət Evi, Yeni Zelandiyanın Okland şəhərində fəaliyyət göstərən “Azəri” Yeni Zelandiya - Azərbaycan Dostluq Cəmiyyəti də Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbirləri keçirəcəklər.

X X X

Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Gürcüstandakı səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa” keçirəcəkdir. Fevralın 26-da, həmçinin, Tbilisi şəhərində Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycandilli orta məktəblərlə birgə Xocalı soyqırımı ilə bağlı elmi-praktiki konfrans təşkil edəcəkdir.

X X X

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası faciə qurbanlarının xatirəsini yad edəcəkdir.

 

X X X

Qazaxıstanın Astana şəhərində “Xəzər” İctimai Birliyi Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə, Aktau şəhərində isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi baş konsulluqla birgə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilmişdir.

X X X

Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi və “Türk Dünyasının Siyasətinə Dəstək” İctimai Fondu Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə anım tədbiri keçirəcəklər.

RUSİYA. Fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki “Bakı” kinoteatrında Xocalı soyqırımına həsr olunmuş toplantı keçirməyi və sənədli film nümayiş etdirməyi nəzərdə tutmuşdur.

Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər.

Bundan əlavə, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcəkdir.

X X X

UKRAYNA. Fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə ölkənin digər bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda, ATƏT-in Ukraynadakı nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə oxunması nəzərdə tutulmuşdur.

Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovsk və digər şəhərlərində faciənin ildönümü ilə əlaqədar “dəyirmi masa”lar və digər anma mərasimləri keçiriləcəkdir. Fevralın 26-da Ukrayna Azərbaycan Konqresinin Gənclər Təşkilatı Kiyevin mərkəzi küçəsi Kreşatikdən Müstəqillik meydanına qədər yürüş keçirəcəkdir.

X X X

BELARUS. Fevralın 26-da Xocalı soyqırımının 18-cı ildönümü Azərbaycanın Belarusdakı səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində də anılacaq, “dəyirmi masa” keçiriləcək, faciəyə həsr olunmuş sənədli film nümayiş etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır