CƏMİYYƏT
Azərbaycan diasporunun nümayəndələri Ermənistanın Niderlanddakı səfirliyi önündə dinc aksiya keçiriblər
Paris, 7 oktyabr, AZƏRTAC
Ana Vətən Avropa Azərbaycanlıları Qadınlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanın Niderlanddakı səfirliyi önündə dinc aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, Hollandiya Azərbaycan Evi, Hollanda Azərbaycan Türk Kültür Assosiasiyasının üzvləri və diaspor fəalları iştirak ediblər.
Nümayişçilər "Ermənistan minaları mülki şəxsləri öldürür", "Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir", "Ermənistan sülh seçimin rədd edir" kimi şüarlar yazılmış plakatlarla Ermənistanı sülhü dəstəkləməyə, mina xəritələrinin verməyə çağırıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris