ELM VƏ TƏHSİL
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də AMEA-da türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileyinə həsr olunan “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Dil tarixi və dialektologiya” və “Ortaq türkcə: əlifba, imla, termin” bölmələri üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.