ELM VƏ TƏHSİL
AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ TEST TAPŞIRIQLARI QƏBUL PROQRAMINA UYĞUNDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə Azərbaycan dili fənnindən istifadə olunmuş test tapşırıqları elmi-metodiki və statistik cəhətdən təhlil edilmişdir (D variantı).
Çıxış edən alim və mütəxəssislər test tapşırıqları barədə fikirlərini açıqlamışlar.
C və D variantları oxşar olduğundan, hər iki variantda abituriyentlərin müvafiq fənn üzrə göstəriciləri bir-birinə uyğun gəlmişdir.
Qeyd edilmişdir ki, test tapşırıqları ali məktəblərin qəbul proqramına və orta məktəb dərsliklərinə tam uyğundur və elmi-metodiki səhv yoxdur.