ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Laçınsız illər”
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin tələbə gənclər təşkilatının nəzdində fəaliyyət göstərən Tarix Klubunun təşkilatçılığı ilə, Laçın rayonunun erməni hərbçiləri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçınsız illər” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Laçın rayonunun qədim tarixi ilə yanaşı, onun zəngin təbiətindən, coğrafi mövqeyindən bəhs edilib. Çıxış edənlər Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vəhşiliklərdən söz açıb, erməni vandalizminə məruz qalmış mədəniyyət və tarixi abidələr haqqında məlumat veriblər.
Tədbirdə Prezident İlham Əliyevin siyasi kursuna güvənərək işğal olunmuş torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağına inam ifadə olunub.