ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin professoru Türkiyədə beynəlxalq konfransda çıxış edib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) “ Müxtəlifliyin qeyd edilməsi” (“Celebrating diversity”) adlı beynəlxalq konfransda iştirak edib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, dünyanın 22 ölkəsindən nümayəndələrin iştirak etdikləri tədbirdə mədəniyyətlərarası münasibətlər, ingilis dilinin tədrisinin müxtəlif sahələri, linqvistikanın nəzəri və praktik problemləri, müəllim hazırlıqları məsələləri, tələbə-müəllim münasibətləri, ingilis dilinin istifadəsində müxtəlifliklər, qiymətləndirmə, materialların hazırlanması və seçilməsi kimi bir sıra vacib məsələlər müzakirə olunub.
Konfransda G.Hüseynzadə “XXI əsrdə mədəniyyətlərarası təhsilin problem və çətinlikləri” mövzusunda məruzə ilə çıxış edib. İştirakçıların böyük marağına səbəb olan mövzu ətrafında geniş müzakirələr aparılıb.