Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların təqdimatı olub YENİLƏNİB VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların və bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işlərinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər iştirak ediblər.

Akademiyanın rektoru Fuad Hacıyev son dövrdə bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar barədə məlumat verib.

Bildirilib ki, cari ilin sentyabrından başlayaraq, Akademiyada “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisinə start verilib. Hər üç ixtisasın tədris proqramına daxil edilməsinin məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə gündən-günə inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. Həmin magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Akademiya onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi, eyni zamanda, beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

Qeyd edilib ki, “İdman menecmenti” magistr proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunub. Dərslər Şeffild Hallam Universitetinin strateji idman layihələri şöbəsinin xüsusi dəvət olunmuş rəhbəri, universitetin İdman Akademiyasının sabiq direktoru professor Qay Masterman tərəfindən aparılır. Təhsil müddətində tələbələrə idmanda rəhbərlik və insan resurslarının idarə olunması, strateji inkişaf, idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri tədris olunacaq.

“İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert, “Dan Mason Media” şirkətinin təsisçisi Den Meyson rəhbərlik edir. Bu ixtisas üzrə magistr proqramında təhsil alan tələbələr media və ictimai əlaqələr, audio və video jurnalistika, idman jurnalistikasının özəllikləri və s. mövzularla yaxından tanış olacaqlar.

“İdman tibbi və reabilitasiya” ixtisasına London Universitet Kollecinin (UCL) İdman Tibbi İnstitutunun aparıcı eksperti, Britaniyanın Kral Tibb Cəmiyyətinin idman tibbi bölməsinin vitse-prezidenti Maykl Pol Lusmor rəhbərlik edir. Bu magistr proqramında yalnız rezidenturanı bitirmiş həkimlər təhsil ala bilərlər. Magistraturanı bitirdikdən sonra məzunlar milli yığma komandalarda, idman federasiyalarında, dövlət və özəl klinikalarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya şöbələrində çalışa bilərlər.

Hər üç ixtisas üzrə magistrlərə gələcəkdə müvafiq olaraq, “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisası üzrə Böyük Britaniyanın Şeffild Hallam Universitetində, “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə London Universitet Kollecində əsas modulların birinin tədrisinin həyata keçirilməsi nəzərdə tutulub. İngilisdilli modul tipli üç magistr ixtisası ilə yanaşı, cari ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları da yaradılıb və tədrisinə start verilib.

Təqdimat zamanı qonaqlara İdman Akademiyasında yaradılan müasir şərait və bütün beynəlxalq standartlara cavab verən yeni infrastruktur haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 12,8 min kvadratmetr olan ərazinin 9 min kvadratmetrdən artıq sahəsində müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb, kommunikasiya, təhlükəsizlik sistemləri yenidən qurulub. Müəllim və tələbə heyəti üçün elektron tələbə bileti tətbiq edilməklə müasir elektron buraxılış-nəzarət sistemi yaradılıb. Təmir edilən tədris auditoriyaları və kafedralar zəruri mebel və avadanlıqla tam təmin olunub. Auditoriyaların texniki vasitələrlə - kompüterlər, proyektorlar, monitorlar və s. ilə təchizatı işi başa çatdırılıb.

Akademiyada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Azərbaycanın Milli qəhrəmanlarının və idmançı şəhidlərin xatirəsinə həsr olunan stendlər qurulub. Həmçinin müasir standartlara cavab verən Heydər Əliyev İnteraktiv Muzeyi və tam funksional konfrans zalı yaradılıb, tələbə mərkəzi, tibb məntəqəsi, müasir tipli kafe və tələbə yeməkxanası istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Diqqətə çatdırılıb ki, Akademiyanın ərazisi yüksəksürətli Wi-Fi ilə təmin edilib. Dünyanın 60 mindən çox kitabxanasında fəaliyyət göstərən və kitabxanadaxili bütün prosesləri avtomatlaşdıran “Follett Library Manager System” proqramını dəstəkləyən tam funksional elektron kitabxana, eyni zamanda, 200 min kitabdan ibarət fond yaradılıb. Tədrisin şəffaflığını təmin etmək məqsədilə ixtisaslaşmış və müvafiq texniki vasitələrlə təmin edilmiş imtahan mərkəzi yaradılıb. Tədrisin və təhsilin vahid idarəetmə sisteminin (E-Akademiya) qurulması üzrə iş uğurla davam edir.

Yeni proqramların yüksək keyfiyyətinin və müvafiq araşdırmaların aparılmasının təmin edilməsi məqsədilə “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyası və “İdman jurnalistikası” ixtisası üzrə multimedia studiyası yaradılıb. Laboratoriya və studiya müvafiq avadanlıqla təmin olunub.

Tədbir iştirakçıları tamamilə yenidən qurulmuş və müasir konsepsiyaya malik olan akt zalında yaradılan şəraitlə də maraqlanıblar. Qeyd edilib ki, Akademiyanın ərazisində xüsusi maraq cəlb edən yerlərdən biri də akt zalıdır. Yeni yaradılan akt zalı geniş, dinamik, çox funksiyalıdır. İstifadə məqsədindən asılı olaraq, onun dizaynı dəyişilə bilər və beləliklə zal həm rəsmi, həm də əyləncə tipli tədbirlərə ev sahibliyi edə bilər.

Bildirilib ki, Akademiyada idman zallarının əsaslı təmiri və yenidənqurma işlərinə başlanılıb. Artıq idman gimnastikası və ağır atletika zalları əsaslı şəkildə yenidən qurulub, ən müasir avadanlıqla təmin olunub. Hazırda basketbol və həndbol idman zalları təmir edilir.

Sonda tədbir iştirakçıları Akademiyanın fəaliyyətindən bəhs edən qısa filmə baxıblar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların təqdimatı olub  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır