SİYASƏT
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ NÜMAYƏNDƏ HEYƏTİ ÜMUMƏRƏB DƏNİZ GƏMİÇİLİYİ PALATALARI FEDERASİYASININ 12-Cİ TOPLANTISINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 5-6-da Livanın paytaxtı Beyrutda Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyasının 12-ci toplantısı keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Dövlət Dəniz Administrasiyası (ADDA) rəisinin müavini Namiq Ağamalıyev və bu təşkilatın beynəlxalq əlaqələr şöbəsinin müdiri Əhməd İsmayılov iştrak edəcəklər.
ADDA-nın mətbuat xidmətindən bildirmişlər ki, Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyası prezidentinin təşəbbüsü ilə keçiriləcək tədbirdə dünyanın bir çox ölkəsinin dəniz administrasiyası rəhbərləri iştirak edəcəklər. Toplantıda bir sıra maraqlı və aktual mövzularda məruzələr dinləniləcək, çıxışlar olacaqdır.
Tədbir iştirakçıları Beyrut dəniz gəmiçiliyinin işi ilə tanış olacaq, təcrübə mübadiləsi keçəcəklər.