ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universiteti tələbəsinin startap layihəsi müsabiqədə uğur qazanıb
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun startap layihəsi olan sinaqimtahanı.net - “Özünü sına” layıhəsi NETTY 2015 Azərbaycan milli internet mükafatını qazanıb.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, səs çoxluğu ilə ikinci yerə layiq görülən “Özünü sına” layihəsinin missiyası istifadəçilərin intellektual potensialının aşkara çıxarılması və inkişaf etdirilməsidir.
Ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunan “Özünü sına” onlayn sınaq imtahanı portalı bu ali məktəbin informatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.