MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçirilən festivalda çıxış edəcək
İstanbul, 6 iyun, АZƏRTAC
Qazaxıstanın Çimkənt və Türküstan şəhərlərində təşkil olunan Beşinci “Orteke” Kukla Teatrları Festivalında Türkiyəni Adana Kukla Teatrı və Bursa Qaragöz Kukla Ustaları təmsil edirlər.
İyunun 10-dək davam edəcək festivalın açılışı Çimkəntdəki Hoca Ahmed Yasevi Universitetində olub.
Rəsmi açılışda Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı təşkilatın adından çıxış edərək təbriklərini çatdırıb.
E.Qafarlı AZƏRTAC-a bildirib ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyunun 7-də Çimkəntdə “Zəng” oyunu ilə çıxış edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [10:43]
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
- 08.05.2024 [10:29]
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür
- 08.05.2024 [03:45]
Tamğa – qədim türklərin əzəmət rəmzi
- 08.05.2024 [00:32]