Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında nəşriyyat işi sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Babayev Tofiq Ağababa oğlu

Əzizova Sevinc Aslan qızı

Fərəcov Etibar Zülfüqar oğlu

Hüseynova Aynaxanım Əliağa qızı

Kərimova İlhamə Ələkbər qızı

Məmmədova Lətifə Musa qızı

Nəcəfova Zoya Qurban qızı

Sadıqov İslam Hüseyn oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2014-cü il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin