Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Dadaşova Minarə Rəhim qızı

Əhmədov İlham Bəşir oğlu

Həsənov Vaqif Səməd oğlu

Qədimova Jalə Həmid qızı

Quliyev Edisson Məmməd oğlu

Quliyev Elman Hilal oğlu

Mehdizadə Nizam Mirxas oğlu

Mehrabov Vüqar Abdulla oğlu

Məmmədova Firuzə Nurəddin qızı

Uluxanlı Nurəddin Dostuməli oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin