İQTİSADİYYAT
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti Koreyada səfərdə olmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti Koreya Respublikasında işgüzar səfərdə olmuşdur. Səfər Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi və Kadastr Çəkilişləri Korporasiyasının dəvəti ilə reallaşmışdır.
Nümayəndə heyəti geodeziya, kartoqrafiya və kadastr sahələrinə həsr olunmuş beynəlxalq tədbirdə və Coğrafi İnformasiya Sistemlərinin tətbiqinə dair 15-ci Beynəlxalq Konfransa qatılmışdır. Azərbaycanlı qonaqlar tədbirlərdə geniş təqdimatlarla çıxış etmişlər.
Qeyd edək ki, hazırda Koreya ilə Azərbaycan arasında torpaq kadastrı məlumatlarının idarə olunması və coğrafi informasiya sistemlərinin yaradılması ilə bağlı birgə fəaliyyət barədə müzakirələr aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]