İQTİSADİYYAT
Azərbaycan elektron ticarətin beynəlxalq səviyyədə inkişaf etdirilməsi məsələlərini müzakirə etmişdir
Bakı, 17 oktyabr (AZƏRTAC). Azərbaycan MDB ölkələrinin mal və xidmətlərinin milli bazarlarda buraxılışı üçün Dövlətlərarası Şəbəkənin İnkişafı üzrə İşçi Qrupunun 2-ci iclasında iştirak etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Minskdə keçirilən tədbirlərdə Azərbaycan ilə yanaşı, digər Regional Rabitə Birliyinə üzv olan MDB ölkələrinin və BMT-nin nümayəndələri iştirak etmişlər.
Tədbir çərçivəsində MDB ölkələrinin mal və xidmətlərinin milli bazarlarda genişləndirilməsi üçün dövlətlərarası şəbəkənin yaradılması, istifadəsi və inkişafı sahəsində əməkdaşlıq haqqında saziş, eyni zamanda, təchizat, elektron ticarət və digər məsələlər müzakirə olunmuşdur.
İclasda işçi qrupunun 2014-cü il üçün iş planı təsdiq olunmuşdur.