REGİONLAR
Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri naxçıvanlı gimnastlar üçün təlim-məşq toplanışı keçirirlər
Naxçıvan, 19 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda gimnastlara təlim-məşq keçməsi üçün Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri Pakizə Səmədova və Züleyxa İsmayılova Naxçıvana dəvət olunublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Pakizə Səmədova və Züleyxa İsmayılova oktyabr ayının 20-dək öz təcrübələrini naxçıvanlı gimnastlarla bölüşəcəklər.
Qeyd edək ki, bədii gimnastikanın Naxçıvanda inkişaf etdirilməsi, bu idman növünün kütləvi hal alması, qızların gimnastikaya cəlbi istiqamətində bir çox uğurlu addımlar atılıb. Hazırda muxtar respublikada 150-yə yaxın azyaşlı qız bədii gimnastika idman növü ilə məşğul olur.