Azərbaycan İES-də payız-qış mövsümünə hazırlıq görülür
Bakı, 18 avqust (AZƏRTAC). İyulda Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) 608,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunmuşdur. Bu, nəzərdə tutulduğundan 188 min kilovat-saat çoxdur.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, bu ilin 7 ayında müəssisədə 3 milyard 558,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu, proqnozdan 12,3 milyon kilovat-saat çoxdur. Hazırda stansiyada beş enerji bloku işləyir və gündə orta hesabla 20-22 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur. Digər enerji bloklarında yenidənqurma işləri aparılır. Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [18:00]
Rəqəmsallaşan relslər: Azərbaycanın strateji irəliləyişinə aparan yol
- 13.06.2025 [15:11]
® “Expressbank”ın İdarə Heyətinə - YENİ TƏYİNAT
- 13.06.2025 [14:51]