ELM VƏ TƏHSİL
Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da təhsil naziri Emin Əmrullayev Çex Respublikasının ölkəmizdə fəaliyyət müddəti başa çatan səfiri Milan Ekert ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Həmçinin Çexiya ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirilən “İnkişafa yardım” layihəsi zamanı Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri”nin təqdim olunması, habelə “Enerji səmərəliliyinin təmin olunması” layihəsi zamanı Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində təmir işlərinin aparılması yüksək qiymətləndirilib.