Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ilə İsrail arasında münasibətlər inkişaf edir və heç bir qüvvə buna mane ola bilməz VİDEO

Azərbaycan ilə İsrail arasında münasibətlər inkişaf edir və heç bir qüvvə buna mane ola bilməz VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, ötən il Azərbaycan ilə İsrail arasında münasibətlər hansı hadisələrlə yadda qaldı?

- Hazırda ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Bizim bir çox nailiyyətlərimiz var. 2014-cü ildə əlaqələrimiz yeni mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsrailin Prezidenti Şimon Peres və Baş naziri Benyamin Netanyahu ilə görüşləri əlaqələrimizin yüksək səviyyədə olmasına bariz nümunədir. Biz hazırda ticarət və enerji sahələrində əməkdaşlığın daha da dərinləşməsinə çalışırıq.

İsrail hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sürətli inkişafı yüksək qiymətləndirir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkənin iqtisadi tərəqqisinə yönəlib. İnkişaf edən qeyri-neft sektorunda əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı maraq kəsb edir. 2015-ci ilin perspektivlərinə nəzər salsaq görərik ki, biz münasibətlərimizin digər sahələrdə də şaxələndirilməsinə müvəffəq olmuşuq. İsrail şirkətləri Azərbaycanda qeyri-neft sektorunda - kənd təsərrüfatı və su texnologiyaları, telekommunikasiya, turizm, tibb sahələrində fəaliyyət göstərirlər. Bu sahələrdə təcrübə və fikir mübadiləsi aparılması üçün treninqlər təşkil edilib. İsrail Azərbaycanın qeyri-neft sektorundakı təcrübəsini öyrənməkdə maraqlıdır.

Ölkələrimiz arasında mədəni əlaqələr də inkişaf edir. Bundan başqa, tərəflər diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi üzrə mühüm saziş imzalayıblar. Bu, Azərbaycan ilə İsrail arasında xüsusi münasibətlərin olduğunun daha bir göstəricisidir.

Üç ay bundan əvvəl mən ABŞ-da səfərdə oldum. Biz Vaşinqtonda, Nyu-Yorkda, Filadelfiyada keçirilən görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti haqqında danışdıq. Səfər çərçivəsində 30-dan çox görüş keçirdik. Azərbaycanın uğurlarından, bu ölkədəki tolerantlıq mühitindən, eləcə də ikitərəfli münasibətlərin inkişafından söhbət açmaq xoş idi.

- Ötən ilin sonlarında İsrailin bəzi qəzetlərində Azərbaycan barədə əsassız materiallar dərc edilmişdi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- İsrail-Azərbaycan əlaqələrinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bizim əlaqələrimiz çox güclü, dərin strateji tərəfdaşlığa söykənir. İsrailin Azərbaycanda çoxlu dostları var. Biz azərbaycanlı dostlarımızla sıx müzakirələr aparırıq. Azərbaycan ilə İsrail arasında münasibətlər inkişaf edir və heç bir qüvvə buna mane ola bilməz. İsrail və Azərbaycan rəhbərlikləri arasında Dünya İqtisadi Forumu və digər beynəlxalq tədbirlər çərçivəsində görüşlər olur. Biz diqqəti əməkdaşlığın yeni sahələrinin inkişafına yönəltmişik.

- Ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- Müxtəlif sahələrdə əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı perspektivlər var. İsrail üçün Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq da vacibdir. Hayfa Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır.

Azərbaycan Hava Yolları həftədə iki dəfə İsrailə uçuşlar həyata keçirir. İsrail vətəndaşları, həmçinin Azərbaycan vasitəsilə Nyu-Yorka səfər etmək imkanı qazanıblar. 2015-ci ildə ticarət və biznes sahələrində əməkdaşlığı daha da genişləndirmək üçün ikitərəfli müqavilələrin imzalanması nəzərdə tutulur. Hazırda bu müqavilələr üzərində iş gedir.

Azərbaycanda səfir təyin olunarkən mənə dahi şair Nizami Gəncəvinin yəhudi dilinə tərcümə edilmiş “Xəmsə”si təqdim olundu. “Qafqazın Şekspiri”nin məqbərəsini ziyarət etmək məndə dərin təəssüratlar oyatdı. İsrailin tanınmış yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə edilir. Çox sevinirəm ki, Yerusəlimdə keçirilən festivalda Azərbaycan muğamı səsləndirildi. İsrail musiqiçiləri Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edirlər. Bu sahələrdə də əməkdaşlığımız davam edəcək.

Azərbaycan bir diplomatın göndərilə biləcəyi ən gözəl ölkələrdəndir. Düşünürəm ki, bu möhtəşəm diyarın mədəniyyətini öyrənmək hər kəsdə maraq oyadar.

- İsrail idmançıları Bakıda keçiriləcək birinci Avropa Oyunlarına necə hazırlaşırlar? Yəqin ki, bununla bağlı məlumatınız var.

- Birinci Avropa Oyunları kimi mötəbər idman yarışlarında iştirak etmək bizim idmançılarımız üçün olduqca əhəmiyyətlidir. Bu Oyunlarda İsraildən təxminən 200 idmançıdan ibarət komanda iştirak edəcək. Düşünürəm ki, birinci Avropa Oyunları idmançılarımıza ölkənizlə yaxından tanış olmaq imkanı yaradacaq. Mən idman azarkeşiyəm. İsrail mediasında Avropa Oyunlarına böyük maraq var. Təbii ki, Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına Azərbaycanda vəsiqə qazanmaq bizim idmançılarımız üçün vacibdir. Bakıda Avropa Oyunlarına hazırlığı xüsusi qeyd etmək istəyirəm. Tikilən idman obyektləri insanı valeh edir. Birinci Avropa Oyunları daha çox israilli turistin Azərbaycana səfər etməsinə səbəb olacaq.

Azərbaycan ilə İsrail arasında münasibətlər inkişaf edir və heç bir qüvvə buna mane ola bilməz VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib