İQTİSADİYYAT
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi artıb
Kişineu, 14 oktyabr, AZƏRTAC
Cari ilin 9 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 283 min dollardan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yarım milyon dollardan çoxdur.
Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.
Məlumata görə, hesabat dövründə Azərbaycan Moldovadan 3 milyon 903 min 52 dollardan çox dəyərdə məhsul idxal edib. Moldovadan Azərbaycana isə 400 min dollara yaxın dəyərdə məhsul idxal olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu