Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA SİYASİ MÜNASİBƏTLƏRİN YÜKSƏK SƏVİYYƏSİ İQTİSADİ ƏMƏKDAŞLIQ ÜÇÜN GENİŞ PERSPEKTİVLƏR AÇIR
BİRİNCİ AZƏRBAYCAN-RUSİYA İQTİSADİ FORUMUNDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Əziz qonaqlar! Hörmətli forum iştirakçıları!

Mən, ilk növbədə, sizi Azərbaycanın paytaxtında, Bakı şəhərində salamlamaq və foruma uğurlu iş arzulamaq istərdim.

Siz indicə kadrlar gördünüz. Bu kadrlar bizi Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfərinin unudulmaz günlərinə qaytardı. Həmin səfər çərçivəsində çoxlu razılaşmalar əldə edildi, ən başlıcası isə, Rusiya və Azərbaycan rəhbərliyi arasında qarşılıqlı anlaşmanın səviyyəsi daha da yüksəldi.

Hesab edirəm ki, ölkələrimiz arasında indiki mehriban qonşuluq, dostluq münasibətlərinin əsasını Prezident Vladimir Putinin Azərbaycana səfəri, Rusiya Prezidentinin ilk səfəri qoymuşdur. Bundan sonra ölkələrimiz arasında qarşılıqlı anlaşma çox əhəmiyyətli dərəcədə artdı, çox intensiv siyasi dialoq başlandı, bir çox sahələrdə iqtisadi əməkdaşlıq üçün dərhal imkanlar yarandı. Bu gün bu barədə danışıldı. Əlbəttə ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti Heydər Əliyevlə sonrakı görüşləri, onların arasındakı şəxsi qarşılıqlı anlaşma, qarşılıqlı rəğbət və dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında, hesab edirəm, ümdə rol oynamışdır. Bu xətt Azərbaycanda davam etdirilir. Biz bütün istiqamətlərdə münasibətlərimizi daha da inkişaf etdirmək əzmindəyik. Azərbaycan Prezidentinin cari ilin fevralındakı səfəri də bu siyasətin məntiqi davamı idi. Müstəqillik illərində ölkəmiz öz təşəkkülünün müxtəlif mərhələlərini yaşamışdır. Başlanğıc mərhələ ağır sarsıntılarla, iqtisadi dağıntılarla, qarmaqarışıqlıqla, Azərbaycan iqtisadiyyatını süquta uğradan səriştəsiz hökumətin az səmərəli fəaliyyəti ilə səciyyəvi olmuşdur. Bütün bunlara əlavə olaraq, Ermənistan Azərbaycana qarşı təcavüz etmiş, nəticədə ərazimizin 20 faizi işğal olunmuş, bir milyon azərbaycanlı isə qaçqın və köçkünə çevrilmişdir ki, bu da ölkəmizin inkişafı işində mənfi rol oynamışdır. Əgər o vaxtlar daxili vəziyyətin sabitliyinin pozulması təhlükəsi, hakimiyyəti zorakılıqla devirmək üçün 1996-cı ilədək ara verməyən cəhdlər də olduğunu xatırlasaq, onda görərik ki, Azərbaycan dövlətçiliyi necə ağır bir dövrdə formalaşmışdır. Prezident Heydər Əliyevin səyləri sayəsində 1993-cü ildən başlayaraq ölkə bu böhrandan, ağır sarsıntılardan çıxmağa və iqtisadi inkişaf yoluna qədəm qoymağa müvəffəq olmuşdur. İqtisadi göstəricilərin dinamikasına nəzər salsaq, çox aydın şəkildə görə bilərik ki, 1996-cı ilədək bütün iqtisadi göstəricilərin hər il aşağı düşməsi onlarca, bəlkə də, yüzlərcə faizlə ölçülürdü. Vəziyyət yalnız 1996-cı ildə sabitləşdi və iqtisadi artım başlandı. Bu artım bu günədək davam edir. Azərbaycanda ümumi daxili məhsulun illik artımı son 7 ildə, orta hesabla, 10 faiz təşkil edir. Ötən il bu göstərici 11 faizdən artıq olmuşdur. Ölkəyə böyük məbləğdə xarici sərmayələr qoyulur ki, bu da əlverişli sərmayə mühitinin və sərmayəçilərin respublikamıza olan inamının göstəricisidir. Azərbaycan iqtisadi islahatlar, bazar iqtisadiyyatı siyasətini uğurla aparır. Bunu belə bir fakt aydın şəkildə sübut edir ki, indi ÜDM-in 70 faizindən çoxu özəl sektorda formalaşır. Torpaq islahatı uğurla aparılmış və bunun nəticəsində yüz minlərlə kəndli torpaq mülkiyyətçisi olmuşdur. Kənd təsərrüfatı məhsulu istehsalının artımına nəzər yetirsək, bu sahədə islahatların nəticələrinin nə dərəcədə səmərəli olduğunu görə bilərik. Ölkəmiz iqtisadi inkişafın bütün istiqamətlərində yüksəliş dövrünü keçirir və fərəhli haldır ki, iqtisadi və makroiqtisadi göstəricilər ildən-ilə yaxşılaşır, əhalinin real gəlirləri artır, real əmək haqqı artır və təbii olaraq, sosial həyat şəraiti yaxşılaşır. Başlıca vəzifəmiz bazar xarakterli islahatları tam həyata keçirməklə yanaşı, sosial ədalət prinsipinə də əməl etməkdir. Ona görə də, əgər Azərbaycan büdcəsinə diqqət yetirilsə, görmək olar ki, onun əksər hissəsi sosial problemlərin həllinə, əmək haqqının, pensiyaların, müavinətlərin artırılmasına yönəldilmişdir ki, vətəndaşlarımız öz maddi vəziyyətinin ilbəil yaxşılaşdığını hiss etsinlər. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının vəziyyətini, ümumən, qiymətləndirsək, görərik ki, o, təbii olaraq, bazar prinsiplərinə əsaslanmışdır. Zənnimcə, hər bir cəmiyyətin inkişafının bu iki amilinin sintezi bizdə iqtisadi uğuru təmin etmişdir. Azərbaycanın neft-qaz sektorunun inkişafında da böyük nailiyyətlər qazanılmışdır. Xəzərin Azərbaycan sektorundakı yataqlara milyardlarla dollar məbləğində sərmayə qoyulmuşdur ki, bu da artıq öz müsbət nəticəsini verir, gələcəkdə isə iqtisadiyyatımıza gəlirlərin çox böyük axınına gətirib çıxaracaqdır. Bu gün hökumətin qarşısında iqtisadiyyata çoxşaxəli xarakter vermək vəzifəsi durur. Biz daim ancaq neft amilinə arxalana bilmərik. Əlbəttə, ölkənin dolğun və hərtərəfli regional inkişafı naminə təbii ehtiyatlarımızdan, habelə Prezidentimiz Heydər Əliyevin uzaqgörən siyasətindən və neft strategiyasından istifadə etməliyik. Hazırda 2008-ci ilədək Azərbaycanın regional inkişaf proqramı qəbul olunmuşdur. Burada regionlarda həyata keçiriləcək konkret layihələrə çox böyük diqqət yetirilir. Bu proqram şüar xarakteri deyil, konkret əməli xarakter daşıyır. O, mətbuatda dərc edilmiş və kitab şəklində nəşr olunmuşdur. Odur ki, hər bir rayon, rayon qurumları bu proqramın nədən ibarət olduğunu və Azərbaycan hökuməti səviyyəsində, yerli orqanlar səviyyəsində nə kimi addımlar atılmalı olduğunu bilirlər. Hesab edirik ki, biznesin fəal inkişafı, güclü orta sinif yaradılması, neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, ölkəmizin gələcəkdə uğurla inkişaf etməsinə imkan verəcəkdir. Əgər ölkədə sosial, ictimai-siyasi sabitlik olmasaydı, seçilmiş xəttin düzgünlüyünə əhalinin inamı olmasaydı, düzgün siyasət aparılmasaydı, bütün bu planlar mümkün olmazdı. Bu amillərin hamısı var və bu, hökumətin siyasi-iqtisadi islahatları gələcəkdə də arxayınlıqla həyata keçirə bilməsi üçün çox əlverişli şərait yaradır. Təbii ki, Azərbaycan öz münasibətlərini qonşu ölkələrlə də, region ölkələri ilə də inkişaf etdirir və dünya iqtisadiyyatına fəal inteqrasiya olunur. Bu baxımdan, Rusiya ilə münasibətlərimiz öncül xarakter daşıyır. Qeyd etdiyim kimi, siyasi etimad və qarşılıqlı fəaliyyət çox yüksək səviyyədədir və bu, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün ən əlverişli zəmindir. Artıq qeyd olundu ki, əmtəə dövriyyəsi artır. Sevindirici haldır ki, bu artım təkcə ötən il baş verməmişdir, inişil də təxminən 50 faiz olmuşdur. Biz bu göstəriciləri sıfırdan başlayaraq deyil, artıq ciddi təməl əsasında yüksəldirik. Bu, iqtisadi münasibətlərimizin inkişafının dinamikliyindən, sabitliyindən xəbər verir. Viktor Borisoviç qeyd etdi ki, əmtəə dövriyyəsini bir milyard dollaradək artırmaq qərara alınmışdır və belə bir arzu vardır. Əminəm ki, bu vəzifə yerinə yetiriləcəkdir. Mən hətta düşünürəm ki, biz daha irəli gedəcəyik, çünki bu gün Rusiya da, Azərbaycan da dinamik inkişaf edən ölkələrdir. İndi bu ölkələrin potensiallarından fəal istifadə edilir. Hazırda biz iqtisadi inkişafımızın, bəlkə də, müəyyən dərəcədə başlanğıc mərhələsindəyik. Odur ki, ölkələrimiz nə qədər güclü, qüdrətli olarsa, iqtisadiyyatlarımız nə qədər qüdrətli olarsa, təbii ki, biz daha sıx əməkdaşlıq, daha çox ticarət edəcəyik, müxtəlif iqtisadi layihələri həyata keçirəcəyik. Ona görə də mən ölkələrimiz arasında iqtisadiyyat sahəsində münasibətlərin bu cür inkişafına çox şadam. Bu gün elə layihələr həyata keçirilir ki, beş il əvvəl onlar, bəlkə də, az real görünərdi. Bunların hamısı ona görədir ki, münasibətlərimiz üçün əsas olan əlverişli siyasi zəmin mövcuddur. Azərbaycanda Rusiya kapitalı ilə işləyən 300-dən çox müəssisə var və onların sayı ildən-ilə artır. Bu da ölkələrimizin şirkətlərinin öz aralarında necə əməkdaşlıq etdiyinin mühüm göstəricisidir. Biz əməkdaşlığın daha da genişləndirilməsində maraqlıyıq. Bugünkü Rusiya-Azərbaycan iqtisadi forumu bu siyasi xəttin daha bir vəsiləsidir. Rusiya-Azərbaycan hökumətlərarası komissiyası çox uğurla işləyir. Kağız üzərində qalan xeyli müxtəlif strukturlar, komissiyalar, təşkilatlar da mövcuddur ki, bunlar yalnız zahirən fəaliyyət göstərirlər. İndiki halda isə, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası real fəaliyyət göstərir, nəzərdə tutulan proqramları real surətdə həyata keçirir, vəzifələri bənd-bənd müəyyənləşdirərək həll edir ki, bu da çox sevindiricidir. Qarşılıqlı arzu, səy, hörmət, hətta deyərdim, xalqlarımız arasında qarşılıqlı məhəbbət olmadan buna nail olmaq mümkün deyildi. Azərbaycanı Rusiya ilə çoxdankı tarixi münasibətlər bağlayır. Sevindirici haldır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra münasibətlərimiz daha sürətlə inkişaf etməyə başlamışdır. Çox mürəkkəb, çox gərgin dövrlər də olmuşdur. Lakin münasibətlərimizi daim inkişaf etdirmək və möhkəmləndirmək səyi olmuşdur. Münasibətlərimizin son dörd ildəki vəziyyəti Azərbaycan və rus xalqlarının bu siyasətə tərəfdar olduqlarına parlaq sübutdur. Siz Azərbaycanda Rusiyaya, ruslara, rus dilinə olan münasibəti, yəqin ki, bilirsiniz. Azərbaycanda təhsilin rus dilində aparıldığı bir dənə də olsun məktəbin bağlanmadığını deməyə, yəqin ki, ehtiyac yoxdur. Bu gün təhsilin rus dilində aparıldığı 400-dən çox məktəb var. Azərbaycanın, demək olar ki, bütün ali məktəblərində dərslər rus dilində də keçilir. Qəzetlər nəşr olunur, indi onların sayı Sovet İttifaqı dövründəkindən daha çoxdur. Bütün bunlar ikitərəfli münasibətlərimizin çox yaxşı amilidir və daha sıx əməkdaşlıq etmək və əlaqələr yaratmaq baxımından biznes birliklərinə köməkdir. Mən bu forumun işinə bir daha uğurlar arzulamaq istəyirəm. Hesab edirəm ki, bu, xeyirxah başlanğıcdır və o, gələcəkdə iqtisadi sahədə daha sıx qarşılıqlı əməkdaşlıq üçün müəssisələrimizin, müştərək müəssisələrimizin fəaliyyətini əlaqələndirəcək və istiqamətləndirəcək orqan ola bilər. Foruma uğurlar arzulayıram. Əminəm ki, qonaqlarımız həm havadan, həm qonaqpərvərliyimizdən, həm də forumun nəticələrindən razı qalacaqlar. Foruma böyük uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq