İQTİSADİYYAT
Azərbaycan İnvestisiya Holdinqi ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası anlaşma memorandumu imzalayıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC İnvestisiya Holdinqinə istinadla xəbər verir ki, sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Sejini imzalayıb.
Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk (şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi - istiqrazların islami ekvivalenti) emissiyasına dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.