Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan iqtisadiyyatı: Elmdən biznesə gedən yol

Azərbaycan iqtisadiyyatı: Elmdən biznesə gedən yol

Bakı, 4 aprel (AZƏRTAC). Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması və bununla bağlı geniş Tədbirlər Planının təsdiq edilməsi iqtisadi inkişafın yeni modelinin təşəkkülündən xəbər verir. AZƏRTAC AMEA-nın İqtisadiyyat İnstitutunun sənayenin təşkili və dövlət siyasəti ixtisası üzrə dissertantı (elmlər doktorluğu hazırlığı üzrə), dosent Rasim Abutalıbovun yeni iqtisadi strategiya və müasir inkişaf modeli ilə bağlı qeydlərini təqdim edir.

X X X

Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı beynəlxalq ictimaiyyətinin ölkəmizə diqqət və marağını artmışdır. Əgər 2000-ci illərin əvvəllərində investisiyalar əsasən infrastrukturun qurulmasına istiqamətlənirdisə, hazırda birbaşa konkret sahələrə yönəldilir. Bir çox dünya ekspertləri Azərbaycanın bundan sonra hansı yolu tutacağına, yəni “Azərbaycan hara gedir” sualına cavab tapmağa çalışırlar. Yenə də neft-qaz gəlirlərinə etibar edib neft strategiyasını önə çəkəcək, yoxsa qeyri-neft sektorunu, sənayeni inkişaf etdirmək, xarici bazardan asılılığı azaltmaq yolunu tutacaqdır?

Əlbəttə, Azərbaycanda yeraltı və yerüstü sərvətlərin zənginliyi məsələyə kompleks yanaşma tələb edir. Ekspertləri maraqlandıran heç də bu deyildir; strategiyada bundan sonra ən çox nəyə üstünlük veriləcəyi, dünya bazarına çıxışın necə və hansı vasitələrlə təmin olunacağıdır. Bu yaxınlarda ADA universitetində "The economist" tərəfindən Azərbaycan İnvestisiya Sammiti keçirilmişdir. Bu sammitdə əsas məruzəçi kimi çıxış edənlərin tərkibinə nəzər yetirək: Rabitə və yüksək texnologiyalar naziri, təhsil naziri və başqaları. Bu fakt özlüyündə yeni prioritetlərdən xəbər verir.

Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyaya iqtisadi baxımdan nəzər salsaq, sənəddə qeyri-neft sektoruna xüsusi diqqət ayrıldığını, innovasiya, İKT, təhsil, insan kapitalının inkişafı məsələlərinin daha çox vurğulandığını görə bilərik. Bütün ölkədə iqtisadi yöndə həyata keçirilən bu və ya digər məsələləri vəhdətdə götürsək, formalaşmaqda olan strategiyanı müxtəsər şəkildə belə ifadə etmək olar: Azərbaycan iqtisadiyyatı: S2B.

S2B nədir? Science to Business - yəni elmdən biznesə gedən yol. Dünyada gedən proseslərə nəzər yetirsək görərik ki, ən çox inkişaf etmiş ölkələr istehsal vasitələri istehsal edən ölkələrdir, nəinki istehsal vasitələrini istehlak edən ölkələr. Elmtutumlu, innovativ məhsullar yaxın gələcəkdə ölkələrin dünya bazarında rəqabət qabiliyyətliliyini və inkişafını bir göstərici halına gətirəcəkdir. Azərbaycanın da həmin yöndə inkişaf etməsi labüddür və hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə əsaslanıb deyə bilərik ki, bu proses başlanmışdır və sürətini getdikcə artırır.

İndi də son bir neçə ildə həyata keçirilən fəaliyyətlərə bir-bir nəzər yetirək.

3 may 2010-cu il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edildi. Burada əsas məqsəd Azərbaycan dövlətinin kosmik sahədə öz məhsullarını istehsal etməsi və beləliklə, həm ölkənin tələbatının ödənilməsi, həm də gəlir əldə olunması nəzərdə tutulmuşdur. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarıldı. Azərbaycanın ilk milli telekommunikasiya peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, 2020-ci ilədək isə bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması planlaşdırılır.

Son illər ölkədə geniş müzakirə olunan məsələlərdən biri də klasterlərdir. Yəni ölkə sənayesində klasterlərin formalaşdırılması və inkişaf etdirilməsi nəzərdə tutulmaqdadır. Klaster həm оnu əhatə edən sahələrin bir-biri ilə əlaqələrini möhkəmləndirir, həm də həmin sahələrin inkişafına təkan verir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının, sənayenin inkişafında klasterlərin rolu danılmazdır. Belə ki, klaster müəyyən bir coğrafi ərazidə yerləşən, tamamlayıcı, ortaq xüsusiyyətlərə malik müəssisələrin və əlaqəli institutların toplusudur. Daha dəqiq desək, son məhsul istehsal edən müəssisələr, təchizatçı firmalar, əlaqədar xidmət sahələri, elmi-tədqiqat institutları və digər qurumlar adətən klasteri təşkil edən əsas subyektlər hesab olunur.

5 noyabr 2012. Azərbaycan Prezidenti “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Fərman imzaladı. Burada əsas məqsəd iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etməkdir. Bu Fərmana əsasən, Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradıldı. Daha sonra sənaye və texnopark rezidentlərinə 7 il müddətində vergi və gömrük güzəştlərinin tətbiq edilməsini nəzərdə tutan Fərman imzalandı.

Şübhə yoxdur ki, bu cür addımlar ayrı-ayrı ərazilərdə sənaye müəssisələrinin inkişafına, rəqabət qabiliyyətli, ixrac yönümlü məhsulların istehsalının artmasına, bütövlükdə ölkənin kompleks sosial-iqtisadi inkişafına gətirib çıxaracaqdır.

Hazırda bir sıra universitetlər tərəfindən bu istiqamətdə addımlar atılır. Artıq universitetlərdə texnoparklar qurulur. Bu tipli texnoparkların yaradılması və ölkə rəhbərliyi tərəfindən dəstəklənməsi yaxın gələcəkdə bir sıra innovativ məhsulların hazırlanmasına gətirib çıxaracaqdır. Müxtəlif istiqamətli texnoparkların ölkə iqtisadiyyatında rolunu təsəvvür etmək üçün dünyanın inkişaf etmiş ölkələrinə nəzər yetirmək kifayətdir. Belə ki, bu kimi texnoparklarda milyardlarla dollarlıq innovativ məhsul istehsal edilir və dünya bazarlarına ixrac olunur.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildi.

2 aprel 2013-cü il. Azərbaycan Prezidenti “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Fərman imzaladı.

13 noyabr 2013-cü il. Prezidentin digər Fərmanı ilə Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu” təsdiq edildi.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov gələcək 5 ilin əsas hədəflərindən danışarkən qeyd etmişdir ki, “2013-cü ildə İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyard dolları ötüb”.

Nəhayət, Prezident İlham Əliyev 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

Beləliklə, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili”, 2014-cü il “Sənaye ili” elan olunmuşdur. Həyata keçirilən bu layihələr və onların gözlənilən davamı belə bir fikir yürütməyə əsas verir ki, ölkəmizin S2B modeli istiqamətində ardıcıl surətdə irəliləməsi iqtisadiyyatın hərtərəfli inkişafına gətirib çıxaracaqdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb