Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İQTİSADİYYATIN HƏRTƏRƏFLİ İNKİŞAFINA NAİL OLMALIDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NOBEL MÜKAFATI LAUREATI COZEF STİQLİTSİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Prezident sarayında məşhur iqtisadçı, Nobel mükafatı laureatı, Kolumbiya Universitetinin professoru Cozef Stiqlitsi qəbul etmişdir.

Qonağı səmimiyyətlə qarşılıayan Azərbaycan dövlətinin başçısı İLHAM ƏLİYEV dedi:

- Hörmətli qonaq, mən Sizi ürəkdən salamlayıram.

Siz artıq bir neçə gündür Bakıdasınız, eşitdiyimə görə, burada çox fəal işləyirsiniz, seminarlar keçirirsiniz. Əlbəttə, Sizin məsləhətləriniz, tövsiyələriniz bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Siz dünya söhrətli alimsiniz, iqtisadi sahədə Nobel mükafatına layiq görülmüsünüz. Yəqin ki, Azərbaycan da iqtisadi baxımdan Sizin diqqətinizi cəlb etmişdir.

Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Son illər ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar çox müsbət nəticələr verməkdədir. Bütün makroiqtisadi göstəricilər bir daha sübut edir ki, Azərbaycanda uğurlu iqtisadi siyasət aparılır. Son 6-7 il ərzində ümumi daxili məhsulun, o cümlədən sənaye istehsalının artımı, həm də digər iqtisadi göstəricilər Azərbaycanı dünyada dinamik inkişaf edən ölkə kimi tanıtmışdır.

Eyni zamanda, biz gələcəyə də çox nikbinliklə baxırıq. Bir neçə ildən sonra Azərbaycan iqtisadi cəhətdən daha da güclənəcəkdir. Əlbəttə ki, burada neft amili önəmli rol oynayır. Bilirəm ki, Neft Fondunun yaradılması və onun fəaliyyəti müzakirə obyektinə çevrilmişdir və Siz burada keçirdiyiniz görüşlərdə bu məsələyə diqqət yetirmisiniz. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə də, neftdən gələn gəlirləri daha etibarlı saxlamaq üçün çox önəmli addımlar atmışdır. Neft Fondu çox şəffaf şəkildə fəaliyyət göstərir və onun fəaliyyəti beynəlxalq maliyyə qurumları tərəfindən bəyənilir.

Bir sözlə, Azərbaycan gələcəkdə də regionda mühüm rol oynayacaqdır. Əminəm ki, iqtisadiyyatımız daha sürətlə inkişaf edəcəkdir və bu, bizə Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirməyə imkan verəcəkdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən COZEF STİQLİTS dedi:

- Sizinlə görüşmək imkanı yaratdığınıza görə minnətdarlığımı bildirirəm.

Biz Azərbaycanda çox maraqlı bir həftə keçirdik və böyük qonaqpərvərlik gördük. Çoxlu sayda müzakirələrimiz oldu, mühazirələr oxuduq və fikir mübadiləsi apardıq.

Sizin prezidentlik kampaniyanız dövründə dediyiniz bir sözü xatırlayıram və onu çox bəyənirəm. Siz demişdiniz ki, Azərbaycan vətəndaşları üçün yüz minlərlə iş yerləri açılacaqdır. Bu, mənə Klintonun seçkiqabağı kampaniya zamanı dediyi sözləri xatırlatdı. Mən onun müşaviri olmuşam və o zaman amerikalılara söz verdi ki, 8 milyonadək Amerika vətəndaşı üçün iş yerləri açılacaqdır. Xüsusilə keçid dövrünün çətinliklərini yaşayan Azərbaycan üçün bu, çox vacib məsələdir. Çünki ölkəniz işsizlikdən əziyyət çəkir.

Siz doğru buyurdunuz ki, həqiqətən, bizim maraq dairəmizdə olan əsas məsələlərdən biri Neft Fondu ilə bağlıdır və bu Fondun şəffaflığı yalnız müqavilələrə və pay bölgüsü işlərinə aid deyildir. Bu, eyni zamanda, neft sahəsinə gələn gəlirlərə və xərclərə də aiddir. Mən çox şadam ki, Azərbaycanda hamı bunun vacib məsələ olduğunu dərk edir və bu məsələyə çox diqqətlə yanaşır. Hamıya məlumdur ki, Azərbaycanda neft 25 il və yaxud daha artıq müddətə olacaqdır. Bu imkan bir dəfə verilir və ondan maksimum istifadə edib digər sahələri inkişaf etdirmək lazımdır.

Bizim müzakirə etdiyimiz daha bir məsələ də ondan ibarət olmuşdur ki, bir çox ölkələrdə, - bunu təəssüflə deməliyəm, - neft ehtiyatları, əslində, onların xalqlarının xoşbəxtliyinə deyil, əksinə işləyir. Bu da, bildiyiniz kimi, yerli pul vahidinin dəyərini itirməsi ilə bağlı olan məsələdir və biz iqtisadçılar bunu “holland sindromu” adlandırırıq. Əsas məsələ ondan ibarətdir ki, vergi siyasəti düzgün aparılmalı, iqtisadçıların dili ilə desək, mütərəqqi vergi siyasəti olmalıdır, yerli ehtiyatlar hökumətin nəzərdə tutduğu proqramlara yönəldilməlidir.

İLHAM ƏLİYEV: Çox sağ olun, mən Sizinlə tamamilə razıyam. Biz hamımız – hökumət də, ictimai qurumlar da, qeyri-hökumət təşkilatları da Azərbaycanın gələcəyi haqqında düşünməlidir. Biz hamımız ölkəmizin uzunmüddətli və davamlı inkişaf etməsini istəyirik. Neft nə vaxtsa tükənir və bu ehtiyatlar daimi deyildir. Düşünməliyik ki, 20-30 və yaxud 50 il bundan sonra Azərbaycanın gələcəyi necə olacaqdır. İndi biz yoxsulluqla ciddi mübarizə aparırıq, işsizliyi aradan qaldırmaq üçün proqram hazırlanır və əminəm ki, mənim söylədiyim rəqəmlər özünü doğruldacaqdır.

Eyni zamanda, neft gələcək nəsillər üçün də xidmət etməlidir. Məhz bu məqsədlə Dövlət Neft Fondu yaradılmışdır. Bu Fond çox şəffaf bir qurumdur. Bundan başqa, Azərbaycan beynəlxalq şəffaflıq təşəbbüsünə də qoşulmuşdur. Bu, bizim siyasətimizdir və əminəm ki, neftdən əldə olunan gəlirlər çox səmərəli şəkildə xərclənəcəkdir.

Biz Neft Fondunu yaradarkən digər ölkələrin təcrübəsini də öyrənmişik və əminəm ki, seçdiyimiz model bütün müasir tələblərə cavab verir. Siz çox düzgün dediniz ki, bir çox neft hasil edən ölkələrdə iqtisadi durum o qədər də ürəkaçan deyildir. Biz bu mənfi təcrübəni də öyrəndik və başqa ölkələrdə yol verilmiş səhvləri Azərbaycanda təkrar etməyəcəyik.

Azərbaycan müstəqil dövlət kimi öz təbii ehtiyatlarından başqa ölkələrə nisbətən geç istifadə etməyə başlayıbdır. Əlbəttə, bir tərəfdən bunun obyektiv səbəbləri var idi, digər tərəfdən müsbət haldır ki, bir digər ölkələrdə baş verən hadisələrə nəzər salaraq, qabaqcıl təcrübəni tətbiq edəcəyik, mənfi təcrübədənsə uzaq olmağa çalışacağıq.

Mən hökumət üzvlərinə müraciət edərək demişdim ki, gərək biz hamımız neft amilini kənara qoyaq. Orada işlər çox uğurla davam edir və bu sahə Azərbaycana böyük həcmdə valyuta ehtiyatları gətirəcəkdir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri – ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik.

Bir daha Sizə “Xoş gəlmisiniz” deyirəm və işlərinizdə uğurlar diləyirəm.

X X X

Qəbulda Prezidentin İcra Aparatının xarici əlaqələr söbəsinin müdiri Novruz Məmmədov, ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir