Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün işçi qruplar yaradılacaq

Bakı, 18 sentyabr (AZƏRTAC). İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. Nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Xarici İşlər, Fövqəladə Hallar, Energetika, Nəqliyyat nazirliklərinin, ARDNŞ-in, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli nümayəndələri daxil idi.

İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dövlət Komissiyasının İran tərəfindən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, habelə İranın Enerji, Neft, Maliyyə və İqtisadiyyat, Nəqliyyat və Şəhərsalma, Kənd Təsərrüfatı, Sənaye, Mədən və Ticarət nazirliklərinin rəhbərləri ilə görüşüb.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti ilə Davosda və Tehranda keçirdiyi görüşləri yüksək qiymətləndirən H.Ruhani siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ikitərəfli və regional əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.

İran Prezidenti regionda uzun illərdir ki, sabitliyin pozulduğunu və terrorizmin bölgə üçün ciddi təhlükəyə çevrildiyini bildirib, terrorçuluğa qarşı birgə mübarizənin vacibliyini, İran ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına və kənar qüvvələrin ölkələrimiz arasında əlaqələrin inkişafına müdaxiləsinə yol verməyəcəklərini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Dövlət başçılarının Davos və Tehrandakı görüşlərindən sonra qısa zaman ərzində Bakıda müştərək komissiyanın iclasının və Azərbaycan-İran biznes forumunun keçirildiyini vurğulayan Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin, ticarət, investisiya, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Regiondakı mövcud problemlərə toxunan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ermənistanın işğalçı siyasətinin regionun potensialının tam reallaşdırılmasına ən ciddi maneə və təhdid olduğunu, beynəlxalq hüquq və normalara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığını diqqətə çatdırıb.

Görüşdə Şahin Mustafayev Azərbaycan ilə İran arasında dostluq və qonşuluq münasibətlərini qeyd edib, Azərbaycanın öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verilməyəcəyi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, dövlətlərarası müştərək komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi, iqtisadi əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğu, Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, Komissiyanın bu ilin avqust ayında Bakıda keçirilmiş 9-cu iclasının yekunlarına dair imzalanmış protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib. Görüşdə Azərbaycan ilə İranın müvafiq dövlət qurumları və sahibkar birlikləri arasında əməkdaşlıq sənədlərinin hazırlanması qərara alınıb, həmçinin Azərbaycan, İran və Türkiyənin iqtisadi qurumları rəhbərlərinin birgə görüşünün və üçtərəfli biznes forumun keçirilməsi barədə razılığa gəlinib.

Azərbaycan nümayəndə heyətinin İranın enerji naziri Hamid Çitçian ilə görüşündə Şahin Mustafayev ölkəmizdə həyata keçirilən və Azərbaycanın iştirakçısı olduğu enerji layihələri barədə məlumat verib, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə Azərbaycan ilə İran arasında uzunmüddətli enerji təchizatına dair sazişin hazırlanması, “Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş”in İran tərəfindən ratifikasiyasının sürətləndirilməsi, “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının tikintisinin davamı, istismarı, istifadəsi üzrə Saziş”in yekunlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair razılıq əldə olunub.

İranın neft naziri Bijan Namdar Zəngənə ilə keçirilmiş görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri barədə geniş məlumat verib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin təbii qaz mübadiləsi və qaz anbarlarından istifadə imkanları, neft-qaz sahəsində elmi-tədqiqat əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın maliyyə və iqtisadiyyat naziri Əli Tayebnia ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İran İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı tərəfindən hər iki ölkədə potensial investisiya imkanlarının araşdırılması məqsədilə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib. Görüşdə, həmçinin Azərbaycan ilə İran arasında özəl sektorda müştərək müəssisələrin yaradılması, məhsulların üçüncü ölkələrə ixracı, habelə ixracqabiliyyətli mallar haqqında mütəmadi məlumat mübadiləsinin aparılması üçün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlıq sənədinin hazırlanması və müvafiq İşçi Qrupunun yaradılması məqsədəuyğun hesab olunub.

İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirilmiş görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Görüşdə baytarlıq və bitki mühafizəsi sahələrində əməkdaşlıq sənədlərinin müzakirəsinin qısa müddətdə başa çatdırılması, balıqçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, hər iki ölkədə ixracqabiliyyətli kənd təsərrüfatı məhsulları üzrə məlumat mübadiləsi və kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşviq edilməsi məqsədilə İşçi Qrupunun yaradılması məsələləri müzakirə olunub.

İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat verib. Görüşdə “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi, hər iki ölkənin tranzit imkanlarına dair məlumat mübadiləsinin həyata keçirilməsi, gəmiçilik və limanlardan istifadə sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin İranın Sənaye, Mədən və Ticarət Nazirliyində keçirilmiş görüşündə ölkəmizin zəngin sənaye potensialı, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı (SKSP) barədə məlumat verilib, hər iki ölkədə yaradılmış sənaye parkları və sənaye müəssisələri arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib, İran şirkətləri SKSP-lə əməkdaşlığa dəvət olunub.

Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İnan Xodro maşınqayırma kompleksi, Daro-Paxş əczaçılıq, Mapna Qrup enerji istehsalı və alternativ enerji istehsalı müəssisələrində istehsal prosesi və məhsullarla tanış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır