SİYASƏT
AZƏRBAYCAN KONSTİTUSİYASI HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir noyabrın 12-də Masallı Rayon İcra Hakimiyyətində Konstitusiya günü münasibətilə keçirilən toplantıda səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək, ümummilli liderimizin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızı çağdaş tariximizin şanlı səhifələrindən biri kimi qiymətləndirmişdir.
Rayon məhkəməsinin sədri Cahangir Nəsibovun Konstitusiya günü ilə bağlı məruzəsi dinlənilmişdir.
Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin ilk Konstitusiyasını ümummilli liderimiz Heydər Əliyevin sah əsəri kimi qiymətləndirərək Əsas Qanunun qəbulundan sonra ölkəmizdə dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını, dinamik inkişafın təmin olunduğunu, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırmışlar.