Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Ataşov Bəyalı Xanalı oğlu

Əliyev Vilayət Abbas oğlu

Hacıyev Əhəd Yusif oğlu

Həsənova Əminə İbrahimxəlil qızı

Quliyeva Fatimə Ağayar qızı

Qurbanova Gülnarə İbrahim qızı

Şükürov Tahir Şükür oğlu.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 noyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin