SİYASƏT
AZƏRBAYCAN-LİTVA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ ÜZRƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ AZƏRBAYCAN TƏRƏFİNDƏN TƏRKİBİ TƏSDİQ EDİLMİŞDİR
Bakı, 5 noyabr (AZƏRTAC). Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında Sərəncam imzalamışdır.
Vergilər naziri Fazil Məmmədovun başçılıq edəcəyi komissiyanın tərkibinə xarici işlər, iqtisadi inkişaf, sənaye və energetika, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, mədəniyyət və turizm, səhiyyə, rabitə və informasiya texnologiyaları, gənclər və idman nazirlərinin, Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, Milli Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycanın Litvadakı səfiri daxildirlər.