İDMAN
Azərbaycan Mədəniyyət Mərkəzinin komandası Qırğızıstanda keçirilən mini futbol turnirində ikinci yeri tutmuşdur
Bişkek, 17 iyun (AZƏRTAC). Qırğızıstan Xalqları Assambleyası (QXA) yaradılmasının 20-ci ildönümü münasibətilə ölkədəki milli mədəniyyət mərkəzləri arasında mini futbol turniri keçirilmişdir.
Yarışda Azərbaycan Mədəniyyət Mərkəzinin komandası ikinci yeri tutmuşdur.
“AZƏRİ” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası Əzizağa Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gələn ilin yanvarında QXA-nın yaradılmasının 20 illiyi tamam olur. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Mini futbol turniri də onlardan biridir və mən şadam ki, bu yarışda bizim komandamız gümüş medala layiq görülmüşdür.
Əzizağa Əliyev demişdir ki, Qırğızıstanda 20 minə yaxın soydaşımız yaşayır və onlar ölkənin sosial-iqtisadi, mədəni-siyasi həyatında yaxından iştirak edirlər. Soydaşlarımız milli adət-ənənələrimizi, milli mətbəximizi, mədəniyyət və incəsənətimizi yaşadır və inkişaf etdirirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek