İQTİSADİYYAT
Azərbaycan MHŞT üzrə qəbul olunmuş yeni standartda qarşısında duran vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirəcəkdir
Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) üzrə qəbul olunmuş yeni standartda qarşısında duran vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə müsahibəsində söyləmişdir.
Ş.Müvsümov bildirmişdir ki, 2013-cü ilin may ayında Avstraliyanın Sidney şəhərində MHŞT üzrə qlobal konfrans keçirilmişdir. Həmin konfransda yeni MHŞT standartı qəbul edilmiş və bu standart təşəbbüsə qoşulan 40-a yaxın ölkə üçün yeni mərhələnin başlanğıcı olacaqdır.
Vurğulanmışdır ki, yeni standartın şərtlərinə əsasən, Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin hesabatları ümumiləşdirilmiş formada deyil, hər bir şirkətin dövlətə ödədiyi vəsaitlərin hesabatı fərdi şəkildə dərc olunacaqdır.