RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ÜZVLƏRİNİN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının aşağıdakı həqiqi və müxbir üzvləri “Şöhrət” ordeni ilə təltif edilsin:
Əfəndiyev Ayaz Adil oğlu
Əfəndiyev Oqtay Əbdülkərim oğlu
Əfəndiyev Rasim Səməd oğlu
Əliyev Maqsud İsfəndiyar oğlu
Əliyev Telman Abbas oğlu
Əlizadə Akif Ağamehdi oğlu
Əsgərov Bəhram Mehrəli oğlu
Hacıyev Akif Cəfər oğlu
Hacıyev Vahid Cəlal oğlu
Qacar Çingiz Oveys oğlu
Məmmədova Fəridə Cəfər qızı
Muradov Şahbaz Musa oğlu
Nadirov Asəf Abbasqulu oğlu
Nağıyev Tofiq Murtuza oğlu
Paşayev Arif Mir Cəlal oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Sadıxov Kamil İsmayıl oğlu
Seyidov Nadir Mir İbrahim oğlu
Səmədova Fazilə İbrahim qızı
Sultanov Hacıbəy Fərəculla oğlu
Şahtaxtinski Məhəmməd Həbibulla oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2004-cü il.