İDMAN
Azərbaycan milli komandası ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Özbəkistan yığmasının heyəti açıqlanıb
Bakı, 14 avqust (AZƏRTAC). Avqustun 20-də “Bakcell Arena”da futbol üzrə Azərbaycan milli komandası ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Özbəkistan yığmasının heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - Eldorbek Suyunov (“Nəsəf”), Nikita Ribkin (“Paxtakor”), Abdumavlon Abdujalilov (“Neftçi”), müdafiəçilər - Yeqor Krimets, Davron Xoşimov (hər ikisi - “Paxtakor”), Bobur Yuldoşev, Salim Mustafoyev, İslom Tuxtaxujayev (hamısı - “Lokomotiv”), Şerzod Fayziyev (“Məşəl”), Azamat İsroilov (“Olmalik), yarımmüdafiəçilər - Diyor Turopov (“Olmalik”), Azim Axmedov (“Novbahor”), Dilşod Jurayev, Sardor Raşidov (hər ikisi - “Bunyodkor”), Fozil Musayev (“Lokomotiv”), Jamşid İskanderov, Vladimir Kozak (hər ikisi - “Paxtakor”), Pavel Smolyaçenko (“Neftçi”), Farrux Sayfiyev (“Nəsəf”), hücumçular - Şaxzod Nurmetov (“Metallurq”), İvan Naqayev (“Lokomotiv”), Navruz Olimov (“Kizilkum”) və İqor Segeyev (“Paxtakor”) yer alıblar.