ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda seminar-müşavirə keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) seminar-müşavirə keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bu ali məktəbin filiallarının əlavə təhsil üzrə direktor müavinlərinin də iştirak etdikləri seminar-müşavirədə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışmışdır.
İnstitutun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov Dövlət Strategiyasından irəli gələn vəzifələrlə bağlı məruzə ilə çıxış etmişdir.
Sonra müzakirələr aparılmışdır.
Seminar-müşavirədə əlavə təhsilin bugünkü vəziyyəti, qarşıya çıxan problemlər, yeniliklər və perspektivlər barədə təqdimatlar olmuşdur.