İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Hyustonda “Dənizdə Texnologiyalar Konfransı”nda iştirak edəcək
Bakı, 24 aprel, AZƏRTAC
Mayın 1-4-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda Azərbaycan nümayəndə heyəti də qatılacaq.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə energetika naziri Natiq Əliyev rəhbərlik edəcək. Konfransda nazirin Azərbaycanın neft-qaz sahəsində qazandığı nailiyyətlər, Xəzərin enerji resursları və enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulur.
Yüz iyirmi ölkəni təmsil edən 2400-dək iştirakçının qatılacağı tədbir enerji mütəxəssislərinin dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə fikir mübadiləsi apardıqları mühüm platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]