Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti Qətərdə bir sıra ikitərəfli görüşlər keçirmiş və müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur

Bakı, 19 mart (AZƏRTAC). Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətində səfərdə olmuşdur.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirmiş, müxtəlif müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Jassim Al-Thani ilə keçirilmiş görüşdə Birgə İnvestisiya Fondunun yaradılması, kənd təsərrüfatı, infrastruktur, turizm, elm, təhsil, texnologiya sahəsində əməkdaşlıq məsələləri, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Jassim Al-Thani Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu ifadə etmiş, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizdəki iqtisadi inkişafın Qətərdə maraqla izləndiyini vurğulamış, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirmişdir.

Görüşdə Qətərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Qətər Dövləti ilə əlaqələrin genişlənməsinə önəm verildiyini vurğulamış, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını bildirmişdir.

Prezident İlham Əliyevin Qətərə, Qətər Dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin Azərbaycana rəsmi və işgüzar səfərlərini xatırladan nazir Şahin Mustafayev keçirilmiş görüşlərin, aparılmış müzakirələrin, imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırmışdır.

Qətər Dövlətinin sənaye və energetika naziri Mohammed bin Saleh Al-Sada ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən sənaye sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

Nazir Şahin Mustafayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu bildirmiş, ölkəmizin enerji potensialı barədə məlumat vermiş, Azərbaycanın enerji ixracatçısı olduğunu vurğulamışdır.

Şahin Mustafayev, həmçinin Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində görülən işlər barədə məlumat vermiş, Qətərin neft-kimya sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edərək dost ölkənin şirkətlərini sənaye parkına investisiya yatırmağa dəvət etmişdir.

Qətər Dövlətinin sənaye və energetika naziri Mohammed bin Saleh Al-Sada isə ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulamış və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmişdir.

Azərbaycan nümayəndə heyətinin Qətər Dövlətinin iqtisadiyyat və maliyyə naziri Yousif Hussain Kamal ilə keçirilmiş görüşündə nazir Şahin Mustafayev hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, iki dövlət arasında indiyədək 10-dan çox sənədin imzalandığını vurğulamışdır.

Nazir Şahin Mustafayev infrastruktur, kənd təsərrüfatı, ticarət, turizm, elm, təhsil və texnologiya, Birgə İnvestisiya Fondunun yaradılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.

Görüşdə Qətərdə həyata keçiriləcək infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirak edə biləcəyi, kənd təsərrüfatı sahəsində birgə emal müəssisələrinin yaradılması, turizm sahəsində əməkdaşlıq, Birgə İnvestisiya Fondunun yaradılması ilə Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanları, elm və təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilmişdir.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat vermişdir.

Qətərin biznes və ticarət naziri şeyx Jassim bin Abdulaziz Al-Thani ilə Azərbaycan nümayəndə heyətinin görüşündə iş adamları arasında əməkdaşlıq, AZPROMO və Azərbaycan İnvestisiya Şirkəti ilə Qətərin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilmiş, hər iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi üçün biznes forum və sərgilərin təşkil edilməsinin əhəmiyyəti vurğulanmışdır.

Azərbaycan nümayəndə heyəti, həmçinin Qətərin “Mesaieed” sənaye şəhərciyində olmuş, burada 10-dan çox müəssisənin fəaliyyəti ilə tanış olmuşdur.

“Mesaieed” sənaye şəhərciyinin direktoru Abdulaziz Al-Mufta ilə görüşdə Azərbaycan nümayəndə heyətinə sənaye şəhərciyi və burada fəaliyyət göstərən müxtəlif müəssisələr barədə məlumat verilmişdir.

Nazir Şahin Mustafayev Azərbaycanda da Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində zəruri işlərin görüldüyünü qeyd etmiş, bu parkların yaradılmasının ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına müsbət təsir göstərəcəyini vurğulamışdır.

Qətər İnvestisiya Qurumunun “Qatari Diar” İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Khalid Al-Sayed ilə görüşdə Azərbaycan nümayəndə heyətinə məlumat verilmişdir ki, şirkət yarandığı dövrdən dünyanın müxtəlif ölkələrində bir sıra layihələrə milyardlarla dollar sərmayə yatırmışdır.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycanda da xarici investisiya qoyuluşunu dəstəkləmək, sahibkarlığı daha da inkişaf etdirmək məqsədi ilə AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyət göstərdiyini vurğulamışdır. Bu qurumlar yerli və xarici sahibkarlara müxtəlif biznes xidmətlərinin göstərilməsi, iş adamlarının işgüzar əlaqələrinin genişləndirilməsi, ölkə iqtisadiyyatının qeyri-neft sahəsində müddətli investisiya qoyuluşlarının həyata keçirilməsi, yerli və xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi sahəsində uğurla fəaliyyət göstərirlər.

Qətərin “ASHGHAL” şirkətinin prezidenti Nasser Ali Al-Mavlavi ilə görüşdə isə qurumun fəaliyyəti və müxtəlif sahələrdə həyata keçirdiyi layihələr barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilmişdir.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvü, təhsil nazirinin müavini Qulu Novruzov Qətərin ali təhsil və təhsil naziri Saad bin İbrahim Al Mahmoud və Qətər Fondunun vitse-prezidenti Ahmad Hasnah ilə görüşmüşdür.

Görüşlərdə iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar