AZƏRBAYCAN OFTALMOLOQLARININ BÖYÜK UĞURU
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda “British Journal Ophthalmology” jurnalında azərbaycanlı oftalmoloqlar - tibb elmləri namizədi Tural Qəlbinurun və Faiq Orucovun israilli həmkarları ilə birgə elmi işlərinə dair məqalə çap olunmuşdur.
Onlar ilk dəfə olaraq miopiyası (yaxındangörmə) olan şəxslərdə kliniki asimptomatik torlu qişa qopmalarına daha az rast gəlindiyini müəyyən etmişlər. Bu elmi işin nəticəsi dünya oftalmoloqlarına bu hala qarşı tamamilə fərqli, daha səmərəli müalicə üsulu seçmək imkanı vermişdir.
Bu elmi iş Amerika Oftalmologiya Akademiyasının tədris səhifəsində də xüsusi qeyd olunmuşdur.
Tural Qəlbinurun başqa bir elmi araşdırması ABŞ-ın görmə sahəsində aparılan genetik elmi işlərlə bağlı “Molecular Vision” jurnalında dərc olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]