Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu - 102

Hərbi tibb sahəsinin inkişafı zamanın tələbi və həyatımızın reallığıdır

Bakı, 27 iyun, AZƏRTAC

Silahlar təkmilləşdikcə, döyüş texnikası, taktika yeniləndikcə, döyüşlərdə iştirak edənlərin sağlamlığının qorunmasının keşiyində duran hərbi tibb sahəsi də adekvat olaraq inkişaf prosesi keçir. Hərbi tibbin inkişafı müharibələrin tarixi, silahlar ilə daban-dabana inkişaf edib deməklə, nə isə bir kəşf etmiş deyilik. Amma zaman göstərdi ki, tibbin inkişafına, xüsusilə də hərbi tibbin inkişafına dövlətin verdiyi dəstək onun vətəndaşlara, insanlara, döyüşçülərə, qazilərə verdiyi dəyərlə düz mütənasibdir.

Bu fikirlər Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, hərbi jurnalist İsa İsmayılovun "Azərbaycan Ordusu-102: Hərbi tibb sahəsinin inkişafı zamanın tələbi və həyatımızın reallığıdır” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Son illər ölkəmizin rayonlarında və şəhərlərində yeni tikilən, əsaslı təmir edilərək ən müasir avadanlıqla təmin edilən tibb mərkəzlərinə, xəstəxanalara nəzər salmaqla dövlətimizin insanların sağlamlığına nə qədər önəm verdiyinin şahidi oluruq. Amma bu gün Azərbaycan Ordusunun 102-ci ildönümündə ümumilikdə ölkəmizdəki səhiyyədən deyil, hərbi tibb sahəsində dövlətimizin əldə etdiyi uğurlardan bəhs etmək istəyirik.

Bu barədə danışarkən ilk olaraq ümummilli lider Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasında söylədikləri “Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır” arzunu xatırlamaq yerinə düşərdi. Dahi şəxsiyyətin həmin vaxt uzaqgörənliklə ifadə etdiyi fikirlər artıq bu gün, sözün həqiqi mənasında, həyata keçmiş bir gerçəklik, qazanılmış nailiyyətdir.

Bu gün Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi qərarlar, verdiyi tapşırıqlar sayəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artıb, Ümummilli Liderimizin arzularına uyğun olaraq hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilib.

Ölkəmizdə hərbi tibbin inkişafına təkan verəcək tikinti-quruculuq işləri bu gün də davam edir. Buna misal olaraq son 4-5 il ərzində istifadəyə verilən, əsaslı təmir edilən tibb müəssisələrini, yeni inşa edilən hospitalları misal göstərmək olar. Sevindirici hallardan biri də dövlətimizin diqqət və qayğısı sayəsində həmin hərbi tibb müəssisələrinin dünyanın qabaqcıl ölkələrində istehsal olunan ən müasir, tibbin son nailiyyətlərini özündə əks etdirən avadanlıqla təchiz edilməsi, yaradılmış şəraitdən peşəkarlıqla yararlanaraq hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran hərbi həkimlərimizin olmasıdır.

Bu yazıda görülən işlərin hamısını deyil, sadəcə, bir qismini sadalamaqla oxucularda müəyyən təsəvvür yaratmağa çalışacağıq. Səkkiz müalicə və digər yardımçı korpuslardan ibarət olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının imkanlarına qısa nəzər saldıqda aşağıdakılar diqqəti cəlb edir. Hazırda hospitalda 6 şöbə, 50-dək müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Bölmələr tibb heyəti ilə komplektləşdirilib, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqla təchiz edilib. Hospitalın 4 blokunun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı, eyni zamanda, aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıq da istənilən mürəkkəb əməliyyatların aparılmasına imkan verir. Videomüşahidə otağında olan monitorlar vasitəsilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.

Hərbi qulluqçuların ailə üzvlərinə və Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçulara akuşer-ginekoloji xidmətin göstərilməsi məqsədilə hospitalda müvafiq bölmə də fəaliyyət göstərir. Yeni tikilmiş və əsaslı təmir edilmiş müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir. Hospitalın hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.

İstər Qarabağ müharibəsi zamanı, istər atəşkəs dövründə, istərsə də 2016-cı ilin Aprel döyüşləri zamanı hospitalın həkim və orta tibb heyəti öz vəzifə borcunu layiqincə yerinə yetirib. Bu gün hərbi tibb sahəsində əldə edilən nailiyyətlərə nəzər salarkən Ulu Öndərin uzun illər əvvəl dilə gətirdiyi arzunun artıq həqiqətə çevrildiyinin şahidi oluruq. Bu gün fəxrlə qeyd etmək olar ki, hospitalda dünyada ilk dəfə və analoqu olmayan cərrahi əməliyyatlar da həyata keçirilib və bunun nəticəsində xeyli sayda insanın sağlamlığını qorumaq mümkün olub.

Hərbi tibb sahəsindəki yeniliklərdən danışarkən cəbhəboyu zonada inşa olunan 150 çarpayılıq 6 hektar ərazini əhatə edən növbəti hərbi hospitalı misal göstərmək olar. Hospitalın fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi bina və qurğular inşa edilib və ən müasir tibbi avadanlıq quraşdırılıb. Hospitalın ərazisində qərargah binası, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib və lazım olan digər infrastruktur obyektlər inşa edilib.

Hərbi hospitalda ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, stomatologiya, oftalmologiya, ginekologiya, lor, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya, efferent bölmələri, eləcə də digər lazımi tibbi strukturlar yaradılıb. Almaniya, ABŞ, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası da salınıb.

Daha bir nümunə göstərmək istədiyimiz, fərəh doğuran hərbi tibb müəssisəmiz isə Mobil Səhra Cərrahiyyə Hospitalıdır. İlk gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərən mobil hospital 2016-cı ilin Aprel döyüşlərində də yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Tibbin son nailiyyətlərini özündə cəmləşdirən hospital açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirməyə hazır ola bilir. Gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək imkanı olan səyyar hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı, çeşidləmə, idarəetmə və diaqnostika çadırlarından ibarətdir. Eyni zamanda, hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir.

Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospitalda dünyanın ən müasir tibb mərkəzlərində olduğu kimi, bütün tibbi strukturların mobil versiyası mövcuddur. Mobil Səhra Cərrahiyyə Hospitalı tam həcmdə fəaliyyəti üçün nəzərdə tutulan 25-i həkim və digər hərbi qulluqçular olmaqla, ümumilikdə 88 nəfərlə tam komplektləşdirilib.

Qazanılan müsbət nümunələrdən biri də həyata keçirilən effektiv tədbirlər sayəsində keçən dövrlərlə müqayisədə son illər kəskin respirator xəstəliklər, pnevmoniya, mövsümi və digər infeksion xəstəliklərə yoluxma hallarının azalaraq demək olar ki, yox dərəcəsinə enməsidir. Belə ki, pandemiya dövründə də hərbi tibbimiz özünün səmərəliliyini bir daha nümayiş etdirmiş oldu. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Səhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahla və TƏBİB ilə koordinasiyalı fəaliyyəti nəticəsində hərbi qulluqçuların infeksion xəstəliklərə, o cümlədən koronavirusa yoluxması riskinin minimuma endirilməsi də məhz hərbi tibbimizin son illər nail olduğu inkişafın göstəricisidir.

Nazirlər Kabinetinin müvafiq qərarlarının icrasını təmin etmək və xüsusi karantin rejiminin tələblərinə hərbi qulluqçuların düzgün, dəqiq əməl etməsi məqsədilə Müdafiə naziri dərhal bütün vəzifəli şəxslər və hərbi tibb müəssisələri qarşısında tapşırıqlar qoyub. Bu istiqamətdə dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən qabaqlayıcı tədbirlərə hərbi tibbimiz də çevik reaksiya verdi və praktik işlər görüldü. Pandemiya dövründə şəxsi heyətin, eləcə də mülki əməkdaşlar və hərbi qulluqçuların ailə üzvlərinin təhlükəsizliyini tam qorumaq, mövsümi xəstəliklərə, o cümlədən koronavirus infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam edir. Azərbaycan Ordusunda bütün təhlükəsizlik tədbirlərinə hələ fevral ayından başlanılıb. Hərbi hissələr xüsusi məhlullar vasitəsilə davamlı olaraq dezinfeksiya olunur.

Tabelikdə olan hərbi hissə, idarə və təşkilatlarda, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində epidemioloji vəziyyət nəzarətdə saxlanılır, araşdırmalar həyata keçirilir, gün ərzində bir neçə dəfə termometriya aparılır və digər əks epidemioloji addımlar atılır. Müdafiə nazirinin tapşırığına əsasən ordumuzun bütün qurumları fərdi qoruyucu vasitələrlə, yəni xüsusi tibbi geyimlər, əlcəklər, maskalar, dezinfeksiyaedici məhlullarla təmin edilib və onların ehtiyatı yaradılıb, hərbi həkimlər gücləndirilmiş iş rejiminə keçirilib, tibbi nəzarət tədbirləri icra edilir. Görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir narahatlığa əsas yoxdur, epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.

Hərbi tibbin nailiyyətlərindən biri də mülki vətəndaşlarımızın hərbi hospitallara axın etməsi və sağlamlıqlarını hərbi tibbimizə, hərbi həkimlərə etibar etməsidir. Heç kimə sirr deyil ki, nəinki hərbi qulluqçular və onların ailə üzvləri, həmçinin mülki vətəndaşlarımız da hərbi həkimlərimizin xidmətindən geniş istifadə edir və daim məmnunluq ifadə edirlər.

Uğurlardan danışarkən təbii olaraq bu işdə yetərincə payı olan hərbi tibbi təhsilimizi də unutmamalıyıq. İlk olaraq buna misal Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi tibb fakültəsini göstərmək olar. Burada müvafiq olaraq “Hərbi həkim işi” və “Hərbi feldşer işi” ixtisasları üzrə təhsil həyata keçirilir.

Müdafiə Nazirliyinin və Azərbaycan Tibb Universiteti rəhbərliyinin iştirakı ilə açılışı olan və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində inşa edilən Hərbi tibb fakültəsinin yeni tədris binası isə gələcəyin hərbi tibb işçiləri üçün ən böyük hədiyyə oldu. Tibb təhsilinin yüksək səviyyədə təşkili üçün avadanlıq və bütün kommunikasiya sistemləri ilə təchiz edilmiş ikimərtəbəli yeni bina tibbin bütün yeniliklərini özündə ehtiva edir. Bu gün bu təhsil ocağında tibb xidmətinin təşkili və taktikası, eləcə də hərbi tibbi profilaktika kafedralarının yerləşdiyi korpusda nəzəri və praktiki imkanları müasir tələblərə cavab verən müxtəlif tədris sinifləri, simulyasiya kabinetləri, laboratoriya otaqları və digər yardımçı bölmələrdə gələcəyin hərbi həkimləri və feldşerlər lazımi biliklərə yiyələnirlər.

Bu təhsil ocağının təntənəli açılış mərasimində çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin bütün sahələrində olduğu kimi, hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb, hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını daim artırdıqlarını, dərin biliklərə və geniş təcrübəyə malik olduqlarını da qeyd edib.

Yeni binada təhsilin yüksək səviyyədə tədris olunması üçün bütün şərait yaradılıb və Azərbaycan Tibb Universiteti tərəfindən hərbi tibb kadrlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə hərtərəfli kömək göstərilir. Eyni zamanda, fəxrlə demək olar ki, hərbi həkimlərimiz Türkiyə, Rusiya, Almaniya, ABŞ və digər qabaqcıl ölkələrdə təhsilə göndərilir, elmi konfranslarda, praktik məşğələlərdə iştirak edir, dünya şöhrətli həkimlərlə birlikdə ən mürəkkəb cərrahi əməliyyatlar keçirirlər.

Sadalanan bütün bu uğurların təməlində təbii olaraq dövlətimizin iqtisadi gücünün, eləcə də ölkə Prezidenti İlham Əliyevin qətiyyətli addımlarının dayandığını da xüsusi vurğulamaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi görülən işlərdən yalnız bir neçəsini sadalamaqla ölkəmizin iqtisadi inkişafı barədə lazımi təəssürat yaratmaq mümkündür.

Hərbi tibb sahəsində qazandığımız uğurlardan danışarkən isə haqqında danışdığımız cəmi üç faktı qeyd etməklə bu sahədə qazandığımız nailiyyətlərin miqyasını görməyə kifayət edər. Bunlar isə yaxın zamanlarda həyata keçirilmiş və icrası yüksələn templə davam edən kompleks tədbirlərin yalnız bir sahəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan bəyan edib ki, ölkəmizdə ordu quruculuğu prioritet məsələdir və bu istiqamətdə nə lazımdırsa, həyata keçiriləcək. Təbii ki, bu tədbirlər ölkəmizdə hərbi tibb sahəsinin də inkişafına müsbət töhfə verməkdədir.

Şahidi olduğumuz proseslər də onu göstərir ki, Azərbaycan Ordusunun döyüş hazırlığının artırılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçularımız və onların ailə üzvlərinin sağlamlığının qorunması, yeni hərbi obyektlərin inşası, eləcə də əsaslı təmir edilərək müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər inamla davam etdirilir və bu işlər hərbi tibb müəssisələrində də parlaq əksini tapır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Politoloq: “Avropa Siyasi Birliyi”nin Sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin Toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?