CƏMİYYƏT
Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının tamhüquqlu üzvü seçilib
Bakı, 4 iyul, AZƏRTAC
Brüssel şəhərində Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli "Müğənnilərdə rast gəlinən səs problemləri və onlara yanaşma metodları" məruzəsi ilə çıxış edərək Avropa foneatrlarına Azərbaycan muğamının incəliklərindən danışıb.
Konqresdə Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının tamhüquqlu üzvü seçilib.