AZƏRBAYCAN PESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Cənab Prezident, Əziz Dost,
Xəzər dənizində baş vermiş gəmi qəzasının faciə ilə nəticələnməsi xəbəri məni çox məyus etdi. Mən Fransanın ölkənizlə həmrəy olduğunu Sizə bildirmək istəyirəm.
Sizə dərin hüznlə başsağlığı verir və həlak olanların ailələrinə mənim başsağlığımı və dərin hörmətimi çatdırmağınızı xahiş edirəm.
Cənab Prezident, Sizə böyük hörmət və ehtiramım olduğuna əmin ola bilərsiniz.
Səmimi dostluq hissləri ilə,
Jak Şirak
Fransa Respublikasının Prezidenti
Paris, 28 oktyabr 2002-ci il