Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN POLİSİNİN 90 İLLİYİ” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846; 2007-ci il, № 3, maddə 213; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanunu) 2-ci maddəsinə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

“Azərbaycan Polisinin 90 illiyi” yubiley medalı”.

III. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin