Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İNGİLTƏRƏNİN XARİCİ İŞLƏR VƏ MİLLƏTLƏR BİRLİYİ İŞLƏRİ ÜZRƏ DÖVLƏT KATİBİ İLƏ GÖRÜŞÜ

Azərbacan Prezidenti Heydər Əliyev mayın 6-da Londonda Böyük Britaniyanın xarici işlər və millətlər birliyi işləri üzrə dövlət katibi Daqlas Hörd ilə görüşmüşdür.

Cənab Hörd Azərbaycan Prezidentinin Böyük Britaniya Baş naziri Con Meycorun dəvətini qəbul edib Londona gəldiyinə görə ona öz təşəkkürünü və minnətdarlığını bildirdi. O, yeni müstəqillik qazanmış dövlətlərin başçılarının İkinci Dünya müharibəsində Qələbənin 50 illiyi münasibətilə Londonda keçirilən tədbirlərdə iştirakını yüksək qiymətləndirdi.

Dövlət katibi Azərbaycan Prezidenti Heydər Əliyev ilə onun arasında yaranmış dostluq əlaqələrindən məmnun olduğunu bildirdi və xalqlarımız arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğuladı. Daqlas Hörd Azərbaycan rəhbərinə müraciətlə dedi: Cənab Prezident, Siz mənə çox lazımlı adamsınız, mən Sizi özümə müəllim hesab edirəm. Siz hər altı aydan bir mənə yaxşı dərs verirsiniz. Mənim bu dərsə indi də ehtiyacım var. Bu, Qafqazda, regionunuzda, bütövlükdə dünyada gedən proseslərə Sizin münasibətinizi öyrənməkdən ibarətdir.

Belə səmimi sözlər üçün Daqlas Hördə minnətdarlığını bildirən Heydər Əliyev Londona dəvət olunduğuna görə Britaniya hökumətinə, Baş nazir Con Meycora təşəkkür etdi. Prezident dedi ki, dünya ölkələrinin başçıları ilə bir yerdə Qələbənin 50 illiyi şənliklərində iştirak etməkdən məmnunluq duyur.

Heydər Əliyev dedi: “Deyirsiniz ki, mən sizin üçün lazımlı adamam. Amma siz də mənim üçün çox lazımlısınız. Çünki hər görüşümüz zamanı mən regionumuzda baş verən hadisələr, Azərbaycanın haqq işi barədə sizi məlumatlandırıram və bu, ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyə, respublikamız üçün ağrılı olan problemlərin həllində İngiltərənin fəal iştirakının təmin olunmasına yardım edir.

Cənab Hörd Ermənistan-Azərbaycan müharibəsində hazırkı vəziyyətlə maraqlandı. Dövlətimizin başçısı atəşkəs rejiminin bir illiyinin yaxın günlərdə tamam olması, ATƏT-in Budapeşt zirvə toplantısında qəbul edilən qətnamə, Minsk qrupunun fəaliyyəti barədə geniş söhbət açdı.

Müharibəyə beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə son qoyulması üçün ölkəmizin səylərindən bəhs edən Heydər Əliyev daha sonra Rusiya ilə Ermənistan arasında hərbi müqavilə bağlanması məsələsinə də toxundu və bildirdi ki, Rusiyanın Ermənistanda 25 min nəfərlik qoşunu vardır və hazırda bu qoşunlar hərbi baza statusuna malikdir. Heydər Əliyevin fikrincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Rusiya vasitəsilə təkbaşına həll olunmasında çox maraqlı idi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan bu məsələnin ədalətli həllində Böyük Britaniyadan müəyyən dəstək alsa da, bu dəstəyin daha fəal olmasını istəyir.

Respublikamızın rəhbəri Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar əsl vəziyyəti xəritələr vasitəsilə cənab Daqlas Hördə hərtərəfli izah etdi, bu xəritələri Böyük Britaniya Xarici İşlər Nazirliyinə təqdim etdi.

Dövlət katibi bu məlumatı diqqətlə dinlədi və atəşkəsin davam etməsini yüksək qiymətləndirdi. O dedi ki, Böyük Britaniya hökuməti Budapeşt zirvə toplantısında qəbul edilmiş qətnamənin həyata keçirilməsinə böyük əhəmiyyət verir.

Daha sonra Daqlas Hörd bu problemlərin həlli yolunun nədən ibarət olduğu barədə Heydər Əliyevin fikirlərini bilmək istədi. Azərbaycan Prezidenti dedi ki, bunun üçün Ermənistana təzyiq göstərmək, onu güc mövqeyindən çəkindirmək lazımdır. Heydər Əliyev dedi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət etməli, BMT-nin, ATƏT-in prinsiplərinə riayət etməli, öz təcavüzkar niyyətlərindən əl çəkməlidir. Heydər Əliyev bütün bunlara nail olmaq üçün Böyük Britaniyanın digər nüfuzlu dövlətlərə də təsir göstərməsini xahiş etdi. Respublikamızın rəhbəri dedi ki, Azərbaycan müharibə istəmir, lakin öz torpaqlarının işğal altında qalmasına heç zaman razı ola bilməz.

Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərindən hərtərəfli bəhs edərək dedi ki, ölkəmizin ərazisində Rusiyanın heç bir qoşunu yoxdur. Azərbaycan öz suverenliyini, müstəqilliyini özü qorumaq niyyətindədir və sərhədlərini də öz qoşunları qoruyur. Respublika rəhbəri Azərbaycanın Rusiya ilə normal münasibətlər saxlamağa tərəfdar olduğunu xüsusi vurğuladı.

Söhbət zamanı Azərbaycan-İngiltərə əməkdaşlığının inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə olundu. Heydər Əliyev dedi ki, Ermənistan-Azərbaycan müharibəsinə son qoyulması İngiltərənin də maraqlarına uyğundur. O, Xəzərin Azərbaycana aid hissəsindəki neft yataqlarının birgə işlənməsi barədə respublikamızın Böyük Britaniya ilə və “Biritiş Petroleum” şirkətinin aparıcı rol oynadığı konsorsium ilə bağladığı müqavilələrin əhəmiyyəti üzərində geniş dayandı, “Şahdəniz” neft yatağından birgə istifadə edilməsi barədə ARDNŞ ilə “Britiş Petroleum” arasında aparılan danışıqlardan söhbət açdı. Heydər Əliyev dedi ki, Xəzərin statusunun müəyyənləşdirilməsində, Azərbaycanın qarşılaşdığı digər problemlərin həllində İngiltərə dövlətinin ölkəmizi ciddi surətdə dəstəkləməsinə və ona hərtərəfli yardım göstərməsinə ehtiyac vardır.

Heydər Əliyev Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyəti haqqında da məlumat verdi. ABŞ-ın beş neft şirkəti ilə Azərbaycanın əməkdaşlığından geniş danışdı. Dövlətimizin başçısı ABŞ Prezidenti Bill Klinton, vitse-prezident Albert Qor, dövlət katibi Uorren Kristofer, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi xanım Madlen Olbrayt ilə görüşlərindən də bəhs etdi.

Daha sonra İngiltərə ilə uzunmüddətli əməkdaşlıq yoluna qədəm qoymuş respublikamıza hərtərəfli yardım göstərilməsi məsələləri söhbətin əsas mövzusuna çevrildi. Heydər Əliyevin fikrincə, neft şirkətləri ilə yanaşı, digər şirkətlərin də Azərbaycanla sıx əlaqələr qurması üçün Britaniya hökuməti ixrac kreditinə zəmanət verməlidir. Bu, ölkəmizə sərmayə qoyuluşunu xeyli sürətləndirər. Prezident dedi ki, digər müstəqil dövlətlər kimi Azərbaycan da İngiltərədən birbaşa kreditlər almağa ehtiyac duyur.

Daqlas Hörd Böyük Britaniya hökumətini Azərbaycanla bütün sahələrdə sıx əlaqələr qurmaqda maraqlı olduğunu xüsusi vurğuladı və dedi ki, hökumətimiz Sizin ölkənin beynəlxalq aləmdə daha fəal dəstəklənməsi, mühüm problemlərimizin həllinə yaxından kömək edilməsi üçün lazımi tədbirlər görəcəkdir.

Heydər Əliyev respublikamızdakı ictimai-siyasi vəziyyətdən də bəhs etdi, demokratik hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışdı, parlament seçkilərinə, yeni konstitusiyanın qəbul olunmasına hazırlıqdan söhbət açdı.

Səmimilik və dostluq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran digər məsələlərdən də bəhs edildi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib

Azərbaycan Universitetində magistratura proqramlarının hazırlanmasına dair müzakirə aparılıb

“Nağıllar aləmində” yenidən səhnədə

Millinin baş məşqçisi: İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi

BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

® “NEQSOL Holding” Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Rəssam Milena Nəbiyeva: Ornamentlər Azərbaycan xalqının özünəməxsus müqəddəs yaddaşıdır

Ankarada 3,5 maqnitudalı zəlzələ olub

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Vergi xidmətinin 25 illiyi qeyd edilib

Ötən il gəmi-bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

Koçaryan: Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq

Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb

İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

“İrşad” elektronika mağazaları şəbəkələri arasında Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub

Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Misirdə binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb

Qida sənayesi ilə bağlı müxtəlif terminlərin Azərbaycan dilinə tərcüməsi məsələsi müzakirə edilib

Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər