AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ŞƏRƏFİNƏ
Ziyafətdə firmanın idarə heyətinin üzvü Diter Setsşe və Azərbaycanın Prezidenti Heydər Əliyev nitq söyləmişlər.
Cənab Setsşe hörmətli qonağı və Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq dedi ki, dünyada baş vermiş siyasi dəyişikliklər iqtisadi şəraitin dəyişməsinə də təsir göstərmişdir. Odur ki, bizim firma və müəssisələrimiz də bu dəyişikliklərə uyğunlaşmalıdır. O qeyd etdi ki, “Mercedes-Benz” firması Azərbaycana öz köməyini göstərə və müasir texnologiyalar təklif edə bilər. Cənab Setsşe xüsusi vurğuladı ki, onun firmasının Azərbaycanla əməkdaşlığının qarşılıqlı surətdə faydalı olacağı şübhəsizdir.
Sonra söz dövlətimizin başçısına verildi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri