RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN AKADEMİK PROQRAMLAR ÜZRƏ MÜŞAVİRİ TOMAS FARRELLİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Prezident sarayında ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrelli qəbul etmişdir.
Tomas Farrell ölkəmizə əvvəlki səfərlərindən ötən dövr ərzində Azərbaycanda böyük inkişafın və irəliləyişlərin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir cəmiyyət quruculuğu istiqamətində atılan addımlardan yaxşı xəbərdar olduğunu söylədi.
Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə son illər böyük uğurlar qazanıldığını vurğulayaraq Azərbaycanın gələcək inkişafı üçün qarşıda mühüm vəzifələrin dayandığını bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, elm, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.
######