RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN “COMMERZBANK”ININ SƏDR VƏZİFƏSİNİ İCRA EDƏN MARTİN BLESSİNQİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Prezident sarayında Almaniyanın “Commerzbank”ının sədr vəzifəsini icra edən Martin Blessinqi qəbul etmişdir.
Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq bildirdi ki, ölkəmizə səfərinin məqsədi “Commerzbank”ın Bakı ofisinin rəsmi açılış mərasimində iştirak etməkdir. İki ölkə arasında iqtisadi sahədə əlaqələrin genişləndiyini məmnunluqla vurğulayan Martin Blessinq rəhbərlik etdiyi bankın Bakı ofisinin açılmasına dəstəyinə görə ölkə rəhbərliyinə təşəkkür etdi və ofisin fəaliyyətinin gələcəkdə iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəyini bildirdi.
Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu baxımdan Bakıda Almaniya bankının ofisinin açılmasını əməkdaşlığın mühüm göstəricisi kimi qiymətləndirdi.
######