RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ PREZİDENTİ JAN LEMYERİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda, onun üçün ayrılmış iqamətgahda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyeri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə AYİB arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışdı, ölkəmizin dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini bildirdi.
Jan Lemyer AYİB-in Azərbaycanla əməkdaşlığının gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu söylədi.