RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BMT-NİN ASİYA VƏ SAKİT OKEAN ÜÇÜN İQTİSADİ VƏ SOSİAL KOMİSSİYASININ İCRAÇI KATİBİ KİM HAK-SUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Prezident sarayında BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının icraçı katibi Kim Hak-Sunu qəbul etmişdir.
Kim Hak-Su BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının təşkil etdiyi konfransda iştirak etmək üçün ölkəmizə səfər etdiyini bildirdi. Qonaq Azərbaycanın iqtisadi sahədə əldə etdiyi böyük uğurlarla bağlı Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı konfransda müzakirə edilən məsələlərin ölkəmiz üçün vacib olduğunu bildirdi. Prezident İlham Əliyev iqtisadiyyatın digər sahələrində olduğu kimi, energetika sahəsində də Azərbaycanın böyük uğurlar qazandığını qeyd edərək, qeyri-neft sektorunun, infrastrukturun inkişafına mühüm diqqət yetirildiyini vurğuladı.