RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN “EUROMONEY İNSTİTUTİONAL İNVESTOR PLC” ŞİRKƏTİNİN SƏDRİ PADRAİK FALLONU QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın “Euromoney İnstitutional İnvestor plc” şirkətinin sədri Padraik Fallonu qəbul etmişdir.
Şirkətin sədri Azərbaycandakı sərmayə mühiti, ölkəmizin iqtisadi inkişafı, neft və qeyri-neft sektorlarında gedən proseslərlə maraqlandı.
Prezident İlham Əliyev bu məsələlər barədə ətraflı söhbət açdı.
Padraik Fallon şirkətin gələcəkdə Azərbaycana xarici sərmayənin cəlb olunmasına öz töhfəsini verməkdən məmnun olacağını bildirdi.