RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN YORK HERSOQU ŞAHZADƏ ENDRYU İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın York Hersoqu Şahzadə Endryu ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, energetika sektorunda uzun illər faydalı, uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.
Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə də əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik bildirildi.