Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN RUSİYALI HƏMVƏTƏNLƏR TƏŞKİLATLARININ BAKIDA KEÇİRİLƏN REGİONAL KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Prezident sarayında Cənubi Qafqaz ölkələrinin rusiyalı həmvətənlər təşkilatlarının Bakıda keçirilən regional konfransının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
-Sizin hamınızı Azərbaycanda salamlamağıma şadam və ümidvaram ki, ölkəmizə səfəriniz yaddaqalan olacaqdır. Mən bu konfransın məhz ölkəmizdə keçirilməsini çox mühüm hadisə hesab edirəm. Biz bu hadisəyə hazırlaşırdıq və ümid edirik ki, konfrans, fikir mübadiləsi Cənubi Qafqaz ölkələrinin rus icmalarının nümayəndələri arasında daha böyük qarşılıqlı anlaşmaya gətirib çıxaracaqdır.
Bilirəm ki, əlaqələr var və icmaların nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən də Moskvada həmvətənlərin hər il keçirilən tədbirində görüşürlər. Lakin Bakıda görüşün öz formatı var.
Azərbaycanda biz millətlərarası münasibətlərə çox böyük diqqət yetiririk. Azərbaycan çoxmillətli ölkədir. Bir çox onilliklər və əsrlər ərzində müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda mehriban ailə kimi yaşamış və yaşayırlar. Bu, bizim ölkəmizin sərvətidir. Çox vacibdir ki, ölkəmizdə müstəqillik əldə olunduqdan sonrakı dövr də millətlərarası həmrəylik və sülhlə səciyyələnir, belə halı biz digər ölkələrdə heç də həmişə müşahidə etmirik. Tolerantlığın yüksək səviyyəsi, digər millətin nümayəndələrinə hörmətcil münasibət müstəqil Azərbaycan üçün səciyyəvi haldır. Ona görə də belə formatda görüş bizim üçün həm də təcrübə mübadiləsi baxımından vacibdir. Təbii ki, siz konfrans, ünsiyyət zamanı təəssüratınızı bölüşəcək, mövcud problemlər barədə fikir mübadiləsi aparacaqsınız. Ümidvaram ki, ölkəmizdə keçirəcəyiniz bu günlər sizə Azərbaycanla daha yaxından tanış olmağa kömək edəcəkdir.
Azərbaycana qarşı təcavüz problemi, ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi Cənubi Qafqazda ümumi vəziyyətə mənfi təsir göstərir. Düşünürəm ki, bir müddətdən sonra bu problem də həllini tapacaqdır.
Bir daha demək istəyirəm ki, millətlərarası həmrəylik və sülh Azərbaycanın uğurlu inkişafının əsasıdır. İndi, iqtisadi baxımdan, sosial problemlərin həlli baxımından çox böyük uğurlara nail olduğumuz bir vaxtda məhz açıq, demokratik ölkə kimi, bütün xalqların özlərini yaxşı hiss etdikləri ölkə kimi inkişaf etmək çox vacibdir. Prezident kimi mən də bu istiqamətə çox böyük əhəmiyyət verirəm. Gələcək uğurlarımızın rəhni məhz bundadır. Milli azlıqların nümayəndələrinə hörmətcil münasibət həm də xalqın mədəniyyətinin təzahürü deməkdir.
Onu da demək istərdim ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər də həmin istiqamətdə Azərbaycanda gedən müsbət proseslərin mühüm amilidir. Bu, təbii olaraq, həm Azərbaycanda yaşayan rusların ovqatına, həm də Rusiyada yaşayan azərbaycanlıların ovqatına təsir göstərən mühüm amildir. Son illər ikitərəfli münasibətlərimizin uğurlu inkişafı, təbii ki, ümumən Cənubi Qafqazda vəziyyətin sabitləşməsi amilidir və təbii olaraq, millətlərarası əlaqələr baxımından çox mühüm rol oynayır. Çünki münasibətlər gərgin və ya gərilmiş olsaydı, istəsək də, istəməsək də, bunu Rusiyada yaşayan azərbaycanlılar da, Azərbaycanda yaşayan ruslar da öz üzərlərində hiss edəcəkdilər. Ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin - Rusiya Prezidentinin də, mənim də strateji tərəfdaşlıq kimi səciyyələndirdiyimiz münasibətlərin dinamik inkişafı isə cəmiyyətdə ümumi əhval-ruhiyyəyə, - o cümlədən millətlərarası münasibətlər baxımından, - çox müsbət təsir göstərir.
Ona görə də bu istiqamətin vacibliyini xüsusi vurğulamaq və sizə bir daha demək istərdim ki, Azərbaycanda mövcud olan millətlərarası həmrəylik və sülh bizim uğurlu inkişafımızın əsasıdır. Düşünürəm ki, burada keçirəcəyiniz günlərdə siz bunu özünüz yəqin edəcəksiniz. Azərbaycanlıların rus xalqına, rus dilinə, ədəbiyyatına, rus dilində təhsilə necə münasibət bəslədiklərini də yəqin edəcəksiniz.
Sizi bir daha salamlayaraq demək istərdim ki, öz müşahidələriniz hər cür sözlərdən daha yaxşı olacaqdır. Sizin kifayət qədər geniş proqramınız var. Ümidvaram ki, bu günlərdən sizdə yaxşı təəssürat qalacaqdır.
Azərbaycanın rus icmasının sədri MİXAİL ZABELİN forumun keçirilməsinə dəstəyə görə Azərbaycan Prezidentinə konfransın iştirakçıları adından təşəkkür edərək dedi:
-Söz yox ki, konfrans iştirakçılarının burada keçirəcəkləri günlərdən biz tam səmərəli istifadə etməyə, Bakını, Azərbaycanın nə ilə zəngin olduğunu, Azərbaycan xalqının yüksək tolerantlığını, respublika rəhbərliyinin bizim bütün qayğılarımıza və problemlərimizə diqqətlə yanaşdığını onlara göstərməyə çalışacağıq. Çox sağ olun.
Xaricdəki Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının üzvü, Gürcüstandakı “Vətən” rusiyalı həmvətənlər ittifaqının prezidenti VALERİ SVARÇUK Azərbaycanda milli azlıqların nümayəndələrinə göstərilən qayğı və diqqəti digər ölkələr üçün nümunə kimi qiymətləndirdi. O dedi:
-Mən həmkarımın minnətdarlıq sözlərinə qoşulmaq və burada, Azərbaycanda çox gözəl qarşılandığımıza görə, bizə göstərilən və hiss etdiyimiz səmimiliyə və mehribanlığa görə təşəkkürümü bildirmək istərdim. Bizim bir çoxumuz Azərbaycanda tez-tez oluruq, nümayəndə heyətimizin üzvləri artıq ikinci gündür buradadırlar. Biz Bakıda baş vermiş müsbət dəyişikliklərə heyranıq. Nə qədər yeni tikililər, nə qədər yaxşı işlər var! Azərbaycan rəhbərliyinin rus icmasına, rus dili və mədəniyyətinə münasibətdə apardığı müdrik siyasəti xüsusi vurğulamaq istərdim. Yaxşı olardı ki, bunu bütün ölkələrdə nəzərə alsınlar.
Rusiya XİN-in departament direktoru ALEKSANDR ÇEPURİN Azərbaycan paytaxtı haqqında təəssüratını bölüşdü və belə tədbirlərin xaricdə yaşayan rusiyalı həmvətənlər üçün müstəsna rolunu vurğuladı. O dedi:
- Mən uzun müddət Qərbi Avropada işləmişəm və bu gün Bakının dənizkənarı parkından keçərkən o, mənə Neapolu çox xatırlatdı. Azərbaycanda əvvəllər də olmuşam və təsdiq etmək istəyirəm ki, Bakıya ilyarım əvvəl olan axırıncı gəlişimdən sonra şəhərin simasında böyük dəyişikliklər baş vermişdir. Dünən mən Rusiyanın xarici işlər naziri ilə ətraflı danışdım və o, konfransın iştirakçılarına təbrik məktubu göndərdi.
Bakıda toplaşmaq imkanı yaradılmasına görə çox sağ olun. Biz görürük ki, tolerantlıq və millətlərarası həmrəylik barədə deyilən sözlər, həqiqətən, ölkə üçün də, burada yaşayan insanlar, o cümlədən ruslar üçün də çox vacibdir. Ona görə mən də həmkarlarıma qoşulmaq və ruslara, rus dilinə belə xoş münasibətə görə çox sağ olun demək istəyirəm. Belə münasibət xeyli dərəcədə dövlətlər arasındakı münasibətlərlə də bağlıdır.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV görüşə yekun vuraraq dedi:
- Ölkəmiz haqqında, şəhərimiz haqqında deyilən səmimi sözlərə görə sizə çox təşəkkür edirəm. Doğrudan da, ölkəmizdə çox sürətli inkişaf gedir. Hazırda biz şəhərin bütün tarixi binalarını bərpa edirik. Onlar təmizlənir, işıqlandırılır. Çoxlu yeni binalar tikilmişdir. İqtisadi baxımdan son üç ildə dünyada ən yaxşı göstəricilər Azərbaycandadır. Birinci rübdə iqtisadi artım 40 faiz olmuşdur. Bu, keçən il 35 faizə, 2005-ci ildə 26 faizə bərabər idi. Bu, çox ciddi artımdır və əlbəttə ki, təkcə Bakının deyil, bütün ölkənin simasında da özünü göstərir. Siz dəyişiklikləri Azərbaycanın rayonlarında da görərsiniz və insanlar gündəlik həyatlarında da bunu hiss edirlər. Başlıca islahat insanların həyatını daha yaxşı etmək, onların rifahını yüksəltməkdir. Biz bu istiqamətdə olduqca çox tədbirlər görürük. O cümlədən də əmək haqqının qaldırılması sahəsində. Bu yaxınlarda biz büdcə təşkilatlarında əmək haqqını, pensiyaları 25 faiz artırdıq. Bizdə minimum əmək haqqı artıq, demək olar, 60 dollar, orta əmək haqqı təxminən 200 dollardır, ilin yekunlarına görə, təxminən 250 dollar təşkil edəcəkdir. Orta pensiya 70 dollar olacaqdır. Yəni bunlar hamısı insanlara lazım olan məsələlərdir.
Hazırda biz məktəb tikintisinə çox böyük diqqət yetiririk. Son üç ildə təxminən 800 yeni məktəb tikilmişdir, o cümlədən də İvanovkada məktəbin inşası başa çatmaqdadır. Bütün dövlət universitetlərində rus dilində bölmələr var.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bir daha toxunaraq dedi:
-Ermənistanla münaqişə həll edilmədiyinə və davam etdiyinə görə, - münaqişənin aradan qaldırılması ilə məşğul olanların, yəni prezidentlərin, xarici işlər nazirlərinin əlaqələrindən başqa, - əlbəttə, bizim əlaqələrimiz məhdudlaşmışdır. Bu da təbiidir. Lakin bu, belə bir konfransın keçirilməsinə maneə olmadı. Bizim üçün konfransın keçirilməsi faktının özü vacibdir. O, haqlı olaraq Bakıda keçirilir, çünki Cənubi Qafqazda ən böyük rus icması bizim ölkəmizdədir.
X X X
Görüşdən sonra qonaqlar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO