SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYANIN ƏN NÜFUZLU MÜSƏLMAN LİDERLƏRİNDƏN BİRİ ELAN OLUNMUŞDUR
Bakı, 21 noyabr (AZƏRTAC). ABŞ-ın Corctaun Universitetinin şahzadə Əl Valid Bin Təlal Müsəlman-Xristian Anlaşması Mərkəzi “Dünyanın 500 ən nüfuzlu müsəlmanları” adlı kitabın birinci cildini çap etmişdir. Kitabın elektron variantı Mərkəzin internet saytında yerləşdiriləcəkdir. Elm, siyasət, idarəetmə, gənclər, qadınlar, inkişaf və digər sahələrdə 500 nəfər görkəmli müsəlman xadimlərinin adlarının açıqlandığı kitaba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də adı daxil edilmişdir. Kitabda bildirilir ki, Prezident İlham Əliyevin mötədil islam mədəniyyətinin tərəfdarı olması ölkə əhalisinin istəyinin göstəricisidir.
######